ADAU ilə İsrailin Azərbaycandakı səfirliyi arasında görüş keçirilib

ADAU ilə İsrailin Azərbaycandakı səfirliyi arasında görüş keçirilib - FOTO

Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU) ilə İsrailin Azərbaycandakı səfirliyi arasında onlayn görüş keçirilib.

Görüşün məqsədi ADAU ilə İsrailin nüfuzlu tədqiqat institutlari və tanınmış universitetləri arasında əməkdaşlıq imkanlarının və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri olub.

Faktinfo.az xəbər verir ki,İsrail dövlətinin ölkəmizdəki səfirinin müavini Doron Pe’er görüşdən məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlıq sahəsində maraqlı olduqlarını ifadə edib. O, akademik səviyyədə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində görülə biləcək işlər, Aqrar universitetlə əlaqələrinin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə ətraflı məlumat verib. Həmçinin, ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğu bildirilib.

ADAU ilə İsrailin Azərbaycandakı səfirliyi arasında görüş keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi