ADAU-nun Aqrar İnkişaf Könüllüləri 65 yaşdan yuxarı tənha insanlara yardım aksiyasına start verdi

ADAU-nun Aqrar İnkişaf Könüllüləri 65 yaşdan yuxarı tənha insanlara yardım aksiyasına start verdi 

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi və 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasının qadağan olunması ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İnkişaf Könüllüləri sosial xidmətlərin göstərilməsinə start verir.

Bu barədə Faktinfo.az-a universitetdən məlumat verilib.Bildirilir ki,könüllülər Gəncə şəhərində yaşayan və yaşı 65-dən yuxarı olan tənha şəxslərin evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi kimi xidmətlər göstərirlər.

Xidmətdən yararlanmaq istəyən şəxslər xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) universitetdə yaradılmış Operativ qərargaha müraciət edə bilərlər.

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 204. ADAU-nun Mühəndislik korpusu, otaq 419.

022 266 02 66 (şəhər telefonu)

055 756 26 19 (mob/WhatsApp)

051 654 94 36 (mob/WhatsApp)

[email protected]; [email protected]

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi