ADAU-nun prorektoru Varşava Təbiət Elmləri Universitetində mühazirə söyləyib

ADAU-nun prorektoru Varşava Təbiət Elmləri Universitetində mühazirə söyləyib 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov Polşanın Varşava Təbiət Elmləri Universitetində əcnəbi magistr tələbələr üçün mühazirə söyləyib.

Universitetdən Faktinfo.az-a verilən məlumata görə,mühazirə Azərbaycanda bazar iqtisaidyyatına keçid, aqrar sahənin inkişafı və dövlət dəstəyi, subsidiyalar, aqrar təhsillə bağlı məsələlərə həsr olunub. Magistrantlar Azərbaycanda aqrar sahəyə və aqrar təhsilə göstərilən dəstəyi çox yüksək qiymətləndirib, onların sualları cavablandırılıb.

Qeyd edək səfər Erasmus+ proqramı çərçivəsində həyata keçirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi