ADAU-nun rektoru “Bitki mühafizəsi və karantinin müasir aspektləri” adlı onlayn konransda çıxış edib

ADAU-nun rektoru “Bitki mühafizəsi və karantinin müasir aspektləri” adlı onlayn konransda çıxış edib 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 05 iyun 2020-ci il tarixində Qazaxıstan Milli Aqrar Universiteti tərəfindən təşkil olunan “Bitki mühafizəsi və karantininin müasir aspektləri” adlı onlayn konransda çıxış edib.

Faktinfo.az xəbər verir ki,məruzədə ölkəmizdə bitki mühafizəsi və karantini sahəsində görülmüş işlər, sahənin elmi və kadr təminatı, universitetdə “bitki mühafizəsi” ixtisası üzrə mütəxəssis hazırlığı, bitkli klinikasının fəaliyyəti, aqrar məsləhət xidməti, əməkdaşlıq əlaqələri barədə məlumat verilib.

Macarıstan, Bolqarıstan, Polşa, Serbiya, Rusiya, Ukrayna, Belarus,Tacikistan, Qırğızıstan və digər ölkələrinin aparıcı alimlərinin iştirak etdiyi konfransda bitki mühafizəsinin və karantininin müasir vəziyyəti, əldə olunan nailiyyətlər, aktual problemlər, inteqrə olunmuş və bioloji mübarizə üsulları, pestisidlərin toksiki təsiri, ekoloji məhsul istehsalı, bitki mühafizəsində biotexnologiyanın tətbiqi, fitosanitar, ekoloji və ərzaq təhlükəsizliyinin təmin olunması üzrə bitki mühafizəsi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi