ADAU:

ADAU: Son 7 ilə qısa baxış

Azərbaycan Dövlət Aqrar Universitetinin bir əsrlik tarixi var və əsri formalaşdıran illərin hər biri də özünə məxsus inkişafı ilə zaman-zaman diqqəti cəlb edib. Son 7 ildə isə bu təhsil müəssisəsi daha dinamik inkişaf ömrü yaşayıb, hətta Avropa unuversitetləri ilə müqyisə ediləcək səviyyəyə çatıb.

Ölkə prezidenti İlham Əliyevin xüsusi qayğısı və diqqəti sayəsində bu illərdə universitetin maddi-texniki bazasının dünya standartlarına uyğun yenidən qurulması tədrisin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaradıb, aqrar mütəxəssis hazırlığına böyük töhfələr verib. Təkcə 2016 və 2017-ci illərdə iki böyük tələbə evi kompleksinin tikilib istifadəyə verilməsi aqrar təhsilə, aqrar elmə göstərilən qayğının bariz nümunəsidir. Yaxın vaxtlarda isə daha bir möhtəşəm, az qala bir universitet səviyyəli tədris binası istifadəyə verilib. Aqrar sahə üçün ixtisaslı fəhlə kadrları hazırlayan texniki peşə məktəbinin tikintisi isə davam etdirilir. Təbii ki, bu uğurların hamısının mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar thsilin mükəmməl və dünya standartları səviyyəsində qurulmasına qyğısı, diqqəti və tələbkarlığı dayanır. Cənab Prezidentin son 3 il yarımda 3 dəfə bu təhsil müəssisəsində olması belə ondan xəbər verir ki, sürətli inkişaf birbaşa ölkənin birinci şəxsinin diqqətindədir.

7 ildə universitet çox böyük uğurlara imza atıb desək daha doğru və dolğun səslənər. Kənd Təsərrüfatı naziri İnam Kərimovun dəfələrlə təhsil müəssisəsində olması, tələbə-müəllim heyəti ilə görüşləri, təklif və təşəbbüsləri dinləməsi, mövcud duruma səmimi münasibəti də əldə edilən uğurlara təkan verib. Bu illərdə maddi-texniki baza əsaslı şəkildə möhkəmləndirilib, tədris prosesinin daha da yaxşılaşdırılması üçün əlverişli şərait yaradılıb. Professor-müəllim heyətinin işə məsuliyyəti çox-çox yüksəlib. Perspektivli, innovativ gənclər hesabına kollektivdə-müəllimlər arasında uğurlu gəncləşmə siyasəti aparılıb. Çoxsaylı tədris-təcrübə sahələri, istixanalar, açıq və qapalı balıqyetişdirmə, quşçuluq mərkəzi, bitkiçilik və baytarlıq klinikaları, cins mal-qara, 4 baş atı olan heyvandarlıq kompleksi, böyük tədris-təcrübə təsərrüfatı və digər müasir laboratoriyalar yaradılıb. Tələbə-müəllim münasibəti ən şəffaf həddə çatıb.

Təhsil müəssisəsinin kollektivi yaxşı başa düşür ki, həllini gözləyən daha ciddi məsələlər var. Ən önəmlisi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, kənd təsərrüfatı sahəsində ölkənin kadr hazırlığının mərkəzi məhz Azərbaycan Dövlət Aqrar Universitetidir. Doğrudur, bütün laboratoriyalar tamamilə yenilənib, müasir avadanlıqlarla təchiz edilib, tədrisin plan və proqramları, mühazirə mətnləri təkmilləşdirilib. Deməli, bazar rəqabətli kadr hazırlığı üçün hər şərait yaradılıb. Hazırda bütün diqqət məhz bu sahəyə yönəlib və keyfiyyətli kadr hazırlığı hədəf götürülüb. Ötən illər ərzində görülən ən önəmli işlərdən biri də aqarar yönümlü ixtisasların hamısının dövlət sifarişli olması və həmin ixtisaslarada təhsil alan tələbələrin təqaüdlə təmin edilməsidir. Yəni, tələbə təhsil haqqı ödəmir, əksinə dövlətdən təqaüd alır. Beləcə də sözü gedən ixtisalara gənclər arasında böyük maraq yaranıb və ölkə başçısı ən mötəbər görüşlərdə bu faktı dilə gətirib.

Pandemiya dövründə də müəllim və professorlar boş dayanmayıb. 1 yaşı olan ADAU TV vasitəsilə 500 onlayn dərs keçilib, tədris proqramına uyğun mühazirələr söylənilib. Həmin dərslərin hamısı da YouTube sosial şəbəkəyə yüklənib ki, tələbə istədiyi vaxt bu mühazirələri təkrar-təkrar dinləyə bilər. Bununla yanaşı televiziya ilə fermer saatları təşkil edilib, torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, günün aktual məsələlərindən ətraflı söhbət aparılıb.

Sadaladığım bu qısa faktlar, möhtəşəm uğurlar həm də AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rektorluq etdiyi illərə düşüb. Rektorun özünün də dəfələrlə dediyi kimi aqrar təhsilin inkişafında, uğurların qazanılmasında, ən müasir şəraitin yaradılmasında təşəkkürün və minnətdarlığın bir ünvanı var, o da Cənab Prezident İlham Əliyevdir.

Heç şübhəsiz tapşırıq və tələblərin yerinə yetirilməsində, ayrılan maliyyə vəsaitinin düzgün yönəldilməsində Kənd təsərrüfatı naziri İnam Kərimovun və ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun də zəhməti əvəzsizdir. Atılan hər addım, reallaşan hər iş sabahımız, ərzaq bolluğumuz və bu bolluğu yaradacaq bazar rəqabətli kadr hazırlığı üçündür.

Qalib Rəhimli

ADAU:ADAU:ADAU:ADAU:ADAU:ADAU:ADAU:ADAU:ADAU:ADAU:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi