ADİU-nun kafedra müdiri rüşvət alarkən yaxalanıb?-

ADİU-nun kafedra müdiri rüşvət alarkən yaxalanıb?- Yayılan məlumatdı,məni istəməyən qüvvələrin...-Yeniləndi

Ötən həftə Azərbaycan Dövlət İqtisad Universitetində növbəti dəfə xoşagəlməz hadisə baş verib.

Faktinfo.az-a daxil olan məlumata görə ,ADİU-nun Marketinq kafedrasının müdiri,iqtisad elmləri doktoru,professor Telman İmanov 2 magistr tələbədən pul istəyib.Tələbələr əvvəl etiraz etsələr də, sonradan razılaşıblar,eyni zamanda bu "sövdələşmə" barədə rektor Ədalət Muradova da məlumat veriblər. 

Bundan sonra "əməliyyat" hazırlanıb,rektor,2 prorektor və universitetin auditi  birlikdə "alış-veriş"in ardınca kafedra müdirinin kabinetinə daxil olub və onu "iş başında" yaxalayıblar. Hadisənin ardınca ADİU-nu şayiələr bürüyüb.Hazırda hər kəs kafedra müdiri ilə bağlı hansı ölçü götürüləcəyini səbirsizliklə gözləyir.

Məsələ ilə bağlı Faktinfo.az kafedra müdiri Telman İmanovla telefon əlaqəsi saxlayıb.T.İmanov yayılan məlumatları təkzib edib,deyilənlərin boş söz-söhbət olduğunu bildirməklə bərabər, onu istəməyən qüvvələrin bu xəbərləri yaydığını deyib.

****

Universitetdən sayta verilən məlumata ğörə, ADİU-nun Marketinq kafedrasının müdiri,iqtisad elmləri doktoru,professor Telman İmanov baş vermiş məlum olayla bağlı ərizəsinə əsasən kafedra müdiri vəzifəsindən azad edilib.


Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi