ADİU-nun sabiq müəllimindən ölkə rəhbərliyinə daha bir müraciət

ADİU-nun sabiq müəllimindən ölkə rəhbərliyinə daha bir müraciət - Differensial əmək haqqı sisteminin ədalətliliyi şübhə doğurur

Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasının işdən azad edilmiş müəllimi Zərifə Mansurova növbəti dəfə ölkə prezidentinə, dövlət rəsmilərinə,hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlayıb.Bir nüsxəsi də Faktinfo.az-a göndərilən müraciəti və məsələ ilə bağlı saytın mövqeyini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının  Birinci-vitse Prezidenti Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədova

Surəti: Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri,akademik Ramiz Mehdiyevə
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova
Surəti: Azərbaycan Respublikası Ədliyyə naziri Fikrət Məmmədova

Surəti: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə

Surəti: Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə

Surəti: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar Siyasət Məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramova

Hörmətli Cənab Prezident!

Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 18.09.2015-ci il tarixli EŞ-140 №-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar"ın 2015-2016-cı və 2016-2017-ci tədris illəri üzrə aidiyyatı orqanlar tərəfindən təsdiqlənmədən tətbiq olunmuşdur.Qeyd edim ki, 2015-2016-cı tədris ili üçün  884 (səkkiz yüz səksən dörd) nəfər müəllimdən ibarət və 2016-2017-ci tədris ili üçün  775 (yeddi yüz yetmiş beş) nəfər müəllimdən ibarət rektor professor Ə. C. Muradovun sədrliyi və professor E. M. Sadıqovun elmi katibliyi ilə icrasını təmin etmək əmri təsdiq olunmuşdur. Universitetdə tətbiq olunan differensial əmək haqqı sisteminin Elmi Şurada qəbul etdikləri qaydalara görə, müntəzəm olaraq hər il cari tədris ilinə aid elmi-pedaqoji fəaliyyəti haqqında müvafiq məlumatlar 1 (bir) sentyabrdan 30 (otuz) iyun tarixinədək sistemə daxil edilir. Əgər növbəti 2015-2016-cı tədris ili üçün sayca 884 müəllimdən ibarətdirsə və yaxud da fərq etmədən 2016-2017-ci tədris ili üçün 775 nəfər müəllimdən ibarətdirsə, ilk 100 (yüz) nəfərin vəzifə maaşlarına əlavə artımlar belə hesablanır:

1) 1-10 yerləri tutan müəllimlərin vəzifə maaşları 2 (iki) dəfə artırılır;
2) 11-30 yerləri tutan müəllimlərin vəzifə maaşı 1,7 dəfə artırılır;
3) 31-60 yerləri tutan müəllimlərin vəzifə maaşı 1,5 dəfə artırılır;
4) 61-100 yerləri tutan müəllimlərin vəzifə maaşı 1,2 dəfə artırılır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 18 sentyabr 2015-ci il tarixdə Elmi Şurada təsdiq olunmuş əmr xəbərdarlıq etdikdən sonra bir tədris ili zamanı  keçmədən  dərhal müəllimlərin siyahısı tutulmuş və nəzərdə tutduqları vəzifə maaşlarını yuxarıda qeyd olunan artım miqdarında ödəməyi həyata keçirməyə başlamışlar.

Lakin sual oluna bilər:əgər layihə kimi tədbiq olunan sistemin qaydaları əvvəlki iş stajı nəzərə alınmadan və elan etdikləri yeni tələbləri müəllimlərin icra etməsi üçün hansısa zaman gözlənilmədən (halbuki özləri qəbul etdikləri qaydalarda 1 (bir) sentyabrdan 30 (otuz) iyunadək vaxt ayrılmalı idi) hansı göstəricilərə əsaslanaraq müəllimlərin sıralanmasını həyata keçirdiblər?! Həmçinin, bu cür yanaşmanın nəticəsində differensial əmək haqqı sisteminə dair rektorun müşaviri i.ü.f.d. Elşən Bağırzadə həmin ildə dördüncü sırada yerləşdirilərək iki qat əmək haqqı almaq ixtiyarına hansı qanunla malik olmuşdur?!

Həmçinin, qeyd etmək istəyirəm ki, differensial əmək haqqı sisteminə dair 18 nəfərdən ibarət komissiya və ekspertiza üzvləri müəyyənləşdirilmişdir ki, onların özləri də hər zaman bu siyahıda yer alırlar( komissiyaya fənnlər üzrə mütəxəssislər daxil etməyiblər -bəs necə müəyyənləşdirirlər ki, hansı fənnə dair hansı material daha uyğun və vacibdir). Köhnə, başqa müəlliflərə aid kitabları ayrı-ayrı müəllimlərin kabinetinə yükləməklə onlara fəaliyyət yazıblar. Halbuki,  həmin üzvlər iştirakçı olmamalı idilər.

 Faktinfo.az sözügedən məsələlərlə bağlı müəyyən paralellər aparıb.Məlum olub ki, Elşən Rəsul oğlu Bağırzadə differensial əmək haqqı sisteminə dair rektorun müşaviri ola –ola 2015-2016-cı tədris ilində aylıq məvacibi 2 dəfə qaldırılıb.Halbuki, Azərbaycan Dövlət İqtisad Universitetinin 18 sentiyabr 2015-ci il tarixli iclasından № EŞ-140 saylı çıxarışına əsasən differensial əmək haqqı rektorun müşavirinə tətbiq olunmamalıdır. Bu Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında komissiyanın  təsdiq etdiyi qaydalara ziddir.Buna baxmayaraq differensial əmək haqqı digər komissiya üzvü  Cəfərov Nazim Kamil oğluna da tətbiq edilib.Onun da 2015-2016 tədris ili üçün vəzifə maaşı 2 dəfə qaldırılıb.

Belə faktlar onlarladır. Faktinfo.az 2018-ci ilin yanvar ayında Universitetin saytından  differensial əmək haqqı sistemi ilə bağlı 884 müəllimdən ibarət siyahı üzrə apardığı paralellərlə bu nəticəni əldə etmişdir.Onu da vurğulayaq ki,hazırda differensial artım üzrə siyahı məlum olmayan səbəblərdən universitetin saytından çıxarılıb. Maraqlısı isə odur ki,hələ də üzərində işlədikləri,qanuniləşməmiş  bu layihəni özlərinin təsdiq etdiyi qaydalara zidd olaraq 1 tədris ili gözləmədən tətbiq ediblər. Eləcə də müəllim və professor heyyətinin fəaliyyətinə dair sıralamada ardıcıllıq  gözlənilməyib. Siyahıya nəzər yetirilsə, ardıcıllığın 7-8 müəllimdən sonra gözlənilmədiyi də aşkarlanar.Sıralama isə o deməkdir  ki,kimin reytinqi,fəaliyyəti hansı rəqəmlərə ölçülür . Heç şübhə yoxdur ki,884 müəllimə tətbiq olunan differensial əmək haqqı zamanı milyonlar havaya sovrulmayıb.Çünki,əmək haqlarına əlavə olunan milyonların xərclənməsi mütləq idi ki,hansısa xərc maddəsinə əsaslanaydı.Yəqin ki,ADİU üçün bu məbləğ universitetin illik icmal büdcəsində nəzərdə tutulmayıb. Müəllimlərə tətbiq olunan bu qayda ödənişli  oxuyan tələbələrin hesabına olsa belə,vəsaitin hansısa xərc maddəsinə əsasən xərclənməsinə dair maliyyə əsaslandırması olmalıdırki, bu da müəyyən suallar doğurur. Bu isə təsdiq olunmuş və qanuniləşmiş sənədlər üzərindən həyata keçirilir.Göründüyü kimi,butün bunlar hələ də üzərində işləyib təkimləşdirmək istədikləri ADİU-da tətbiq edilən differensial əmək haqqı sisteminə şübhə ilə yanaşma ehtimalını yüzə-yüz artırır,hüquqi məsuliyyətə əsas yaradır.

Zərifə Mansurova müraciətində əlavə olaraq  yazır: “Bundan başqa,ciddi nöqsanlardan biri də bu sistemdə rəhbər vəzifədə ola -ola  əlavə dərs saatı götürərək müəllimlik edənlərlə sırf müəllimlik vəzifəsində olanların birgə siyahıya alınmasıdır. Digər tərəfdən rəhbər vəzifədə olanlara il boyu şərait yaradılır ki, dərslərini rəhbərlik etdikləri şöbənin hansısa işçisinə tapşırıb xarici ölkəyə konfransa və digər səfərlərə getsinlər (hətta onlara ezamiyyət pulu da universitet hesabına ayrılır). Amma sırf  müəllim vəzifəsində çalışanların dərslərindən ayrılmağı imkansızdır.
Həmçinin bildirirəm ki, əgər sistemə rəhbərlik edən şəxs kimisə sıralamanın ilk yüzlüyünə salmaq niyyətindədirsə, rəhbərlik edən özü internet yolu ilə həmin marağında olduğu müəllimin adına müxtəlif materiallar yükləməklə məqsədinə nail ola bilir (hətta yüklədiyi materialın həmin müəllimə heç bir aidiyyatı olmadığı təqdirdə də).

Acınacaqlı hal odur ki, rus dili kafedrasının müdiri də  öz növbəsində nəşr və digər müəllim fəaliyyətinə dair istənilən müəllimə təkan və yaxud da maneə ola bilir. Belə ki, rus dili kafedrasının müdiri dərs üçün hədsiz əhəmiyyət kəsb edən, 2014-cü ildən etibarən hazırlanıb resenziya almış dərs proqramını beş ilə yaxın yubadaraq mənim ixtisara düşməyimə nail olduqdan sonra təsdiq etmişdir.Halbuki həmin ərəfədə bu dərs proqramı təsdiq olunsaydı, mənə yüksək bal göstərmək məcburiyyətində olardırlar”.

Zərifə Mansırova bunu belə izah edir ki, bir müddət əvvəl onunla  prinsip apararaq işini çətinə salıblar. Belə ki,İqtisad Universitetinin rus sektoru hazırlıq fakültəsində oxuyan əcnəbi tələbələr üçün nəzərdə tutulmuş riyaziyyat, coğrafiya, iqtisadiyyat fənlərinə dair müəllifi olduğu "Nitqin elmi üslubu" dərs vəsaitinin( Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 noyabr 2012-ci il tarixli 1691 nömrəli Qrif verilməsi barədə əmri ilə 2013-cü ildə çap olunub) universitetin istifadəsinə verilməsi məsələsi xeyli gecikdirilib.

Onun Universitetin tapşırıqı ilə "Nitqin elmi üslubu" fənni üçün dərs proqramını 2014-cü ilin yanvar ayında təhvil verdiyinə  baxmayaraq, proqram yubadılıb, məqsədli şəkildə universitetin maraqlarına zidd olaraq , kafedra iclasında müzakirəyə çıxarılmayıb.
Rektorluğa dəfələrlə müraciətindən  sonra kafedra müdiri və digər iki müəllim tərəfindən də təqdim olunmuş "Rus dili qrammatikası" və "Rus dilinin inkişafı" fənlərinə dair plagiat materiallar ilə birgə onun hazırladığı proqram eyni ad altında kafedra iclasında müzakirəyə çıxarılıb. Nəticədə, proqramın 66,7%-nin plagiat olduğu aşkarlanıb. Z.Mansurovanın  şikayətləri və tələbi nəticəsində A4 formatlı kağız üzərində çap edilmiş bütövlükdə 54 səhifədən ibarət proqramın 1-25-ci səhifələrindəki "Rus dili qrammatikası" fənninə dair, 26-34-cü səhifələrdəki "Rus dilinin inkişafï" fənninə aid müəllifi o olmadığı materialların tam plagiat olduğu sübut edilib, 35-54-cü səhifələrdə yer alan "Nitqin elmi üslubu" fənninə dair onun müəllifliyi ilə təqdim olunmuş materialların isə bir cümləsində belə plagiat aşkarlanmayıb. Əlavə olunmuş sənədlər:

20 may 2016-ci il tarixli rus dili kafedrasi iclasının 11 saylı protokolundan çıxarış;
3 iyun 2016-ci il tarixli fakültə Elmi Şurasının 11 saylı protokolundan çıxarış;
kafedra müdiri fil.e.n. dosent G. N. Rzayevanın, pedaqoji elmlər üzrə fil. doktoru dosent A. A. Sadıqovanın rəyləri;
20 aprel 2017-ci il tarixli Doktorantura şöbəsinin müdiri i.e.n. dosent Həmid Həmidovun plagiat nəticəsi barədə xidməti məlumat məktubu;
1 saylı "Asan xidmət" mərkəzindən üç müəllifin poqramın plagiat olmadığı barədə ərizənin notariusda təsdiqi).


Nəticədə Z.Mansurovanın ölkə Prezidentinə ,birinci vitse-prezidentə şikayətlərindən sonra onun proqramı plagiat proqramlardan ayrılaraq bir gün ərzində yenidən həm kafedra, həm də fakültə iclaslarından keçərək  Elmi Şuranın müzakirəsinə təqdim edilmişdir. Nəhayət, tək müəllifi olduğu riyaziyyat, coğrafiya və iqtisadiyyat fənlərinə dair "Nitqin elmi üslubu" dərs proqramı dekabr 2017-ci il tarixində onun işdən çıxarılmaq barədə əmri verildikdən sonra təsdiq edilib.

Əlavə olunmuş sənədlər:
20 oktyabr 2017-ci il tarixli rus dili kafedrası iclasının 3 saylı protokolundan çıxarış;
21 oktyabr 2017-ci il tarixli rus dili kafedrası iclasının 3 saylı protokolundan çıxarış;
20 oktyabr 2017-ci il tarixli fakültə Elmi Şurasının iclasının 1 saylı protokolundan çıxarış;
pedaqoji elmlər doktoru professor A. O. Osmanzadənin, baş müəllim M. N. Tahirovanın, baş müəllim J. F. Məmmədovanın, baş müəllim S. Hüseynovanın rəyləri;
1 saylı "Asan xidmət" mərkəzindən tək müəllifi olduğu proqramın
plagiat olmadığı barədə ərizənin notariusda təsdiqi.

Buradan hasil olan qənaət isə budur ki,Zərifə Mansurovanın müəllifi olduğu "Nitqin elmi üslubu" dərs proqramı vaxtında təsdiq olunardısa və kitabın təsdiqi onun işdən azad olunma tarixi, dekabır 2017-ci ildən  əvvələ təsadüf edərdi. Bununla differensial əmək haqqı ona da tətbiq olunardı.Yəni, o, universitet rəhbərliyinin “təbirincə” işdən qanunsuz olaraq çıxarılmazdı. Düşündürücüdür deyilmi?

Qayıdaq yenə şikayətçinin fikirlərinə. Zərifə Mansurova: “Beləliklə, əcnəbi tələbələr ücün nəzərdə tutulmuş "Nitqin elmi üslubu" fənni üzrə dərs proqramının və dərs vəsaitinin universitetin rus dili kafedrası üzrə tək müəllifi mən olduğum ücün və məndən başqa diğər bu fənnə dair mütəxəssis olmadığı ücün ixtisar edilməməliydim.
 Həmçinin, sizin nəzərinizə catdırmaq istəyirəm ki, 2015-2016 tədris ilinin noyabr ayı ücün məni tərcüməçi vəzifəsinə məcbur etmək niyyəti ile əmək haqqı verilməsini dayandırmışdılar. Və mən təkrarən universitetin rektoruna və ölkə Prezidentinə muraciətdən sonra əmək haqqımın bərpasına nail oldum”.

 Şikayətçi daha sonra yazır:”Rus dili kafedrasının  müdiri yüzlüyə daxil olmayanlar üçün kafedrada saxta reytinq tərtib etdirərək sistemdə 134-cü yeri tutmuş şərqşünas tərçüməçi ixtisasına sahib olanı rus dili müəllimi vəzifəsində saxlayır.Onu reytinqlə rus dili kafedrasına nisbətən birinci yer tutmuş kimi göstərir.Burada məqsəd  lahiyə kimi tətbiq olunan sistemin birinci yüzlüyünə daxil olunanlara dair pul artırmaqdır. Lakin yüzlüyə daxil olmayanlar üçün  rus dili kafedrasının  müdiri reytinq adı altında “arzusuna” nail olur.Yəni,burada  şərqşünasları rus dili müəllimi kimi saxlayıb, dərs saatlarını alver niyyətləri ücün reallaşdırmaq məqsədi  güdülür. Beləliklə, sistemdəki sıralanmaya əsaslanaraq kafedra üzrə elə bir saxta reytinq yaradılmışdır ki, şərqşünas tərcüməçi ixtisası olanlar rus dili müəllimi vəzifəsi üzrə birinci və ikinci yer tutur, lakin rus dili üzrə elmi dərəcələri olan və mütəxəssis müəllimlər axırıncı yerlərə layiq bilinirlər. Halbuki, ixtisasa görə bilik və bacarığı yoxlamaq üçün diaqnostik qiymətləndirmə imtahanı aparmaq məsələnin obyektiv həlli üçün kifayət idi ( kafedrada bir neçə ixtisara salmaq istədikləri müəllimlər gizlin yüzlükdə olmasalar da , amma özlərinin ön sıralarda görmək istədikləri müəllimlər  Bakı Biznes Universitetində təşkil olunan  konfransda dinləyici sertifikatının əldə olunması üçün ora göndərilir. Nəticədə əldə olunan sertifikatları müəllim fəaliyyəti kimi qeydə alıb, saxta reytinq tərtib etməyə nail olublar).

2016-2017-ci il tarixli sayca 775 müəllimdən ibarət olan qondarma reytinq siyahısında 2.072 bal olan, iki materialı təsdiqlənən bir professor 772-ci yerə layiq görülmüşdür. Ancaq heç bir material təqdim etməyən siravi müəllim 16.514 bal toplayaraq sıralamada 319-cu yerə qaldırılıb.Sual olunur ki, burada necə hesablama aparıldı və hansı fakta əsaslanıb müəllimlərin müqəddəratı “həll” edildi. (təqdim etdikləri bütün siyahı belə faktları nümayiş etdirir – yəqin güman ediblər ki, heç kim, heç bir zaman bu məsələ ilə maraqlanıb əhəmiyyət verməyəcək).
Xahiş edirəm, cinayyət işi qaldırıb komissiya və ekspertiza təyin olunmaqla bu sistem araşdırılsın və qünahkarlar cəzalandırılsın.
Və məhz belə saxta reytinq tətbiq edərək qüya axırıncı yerlərdə olduqumuz ücün kafedranın iki müəllimini ixtisar ediblər (amma sonradan diqər müəlliməni işə bərpa etdilər, mən isə  məhkəməyə muraciət etdiyim ücün hazırda mənimlə prinsip aparırlar).
Xahiş edirəm ,qanuna zidd hərəkətlərə qörə cinayət işi qaldıraraq qunahkarları cəzalandırılmasına və mənim otuz altı illik nöqsansız və qusursuz pedaqoji fəaliyyətimə yenidən davam etməyimə kömək edəsiniz.
Hal-hazırda iddia ərizəm Apelyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin icraatındadır,növbəti məhkəmə 2 oktyabr 2018-ci il tarixinə təyin edilib”.

İşdən çıxarılan Zərifə Mansırova maraqlı bir epizoda da toxunub. Belə ki,Apellyasiya Məhkəməsinin hakimi icraatında olan işlə bağlı məhkəmə prosesi zamanı Universiteti təmsil edən hüquqşünaslara sual verib: “ Zərifə Mansırova nəyə əsasən işdən çıxarılıb”.Cavab isə belə olub: “Elmi Şuranin qərarına əsasən”. Hakim isə tələb edib ki,növbəti məhkəmə iclasına həmin qərar təqdim olunsun.

Ancaq,növbəti məhkəmə iclasına sözügedən qərarı təqdim edə bilməyən universitetin hüquqşünasları Z. Mansurovanın differensial əmək haqqı sisteminə görə işdən  azad olunduğunu bildiriblər.

Burada isə paradoks ondan ibarətdir ki,universitet  əsaslandıra bilmir ki, onu niyə işdən çıxarıblar.

İkincisi də differensial əmək haqqı sisteminə görə, Z. Mansurovanı  işdən çıxara bilməzdilər.Onun fəaliyyəti differensial əmək haqqı sisteminə dair sıfır qiymətləndirilsə belə,ən  pis halda ona əməkhaqqı artımı tətbiq olunmamalı idi.Belə ki,qərarda göstərilib ki, differensial əmək haqqı tətbiq olunmayan müəllimlər  işdən azad olunmur. Göründüyü kimi, Z.Mansurovanın işdən çıxarılmasına dair əsaslı bir subut ortaya qoya bilmirlər.Məlumata görə indi də bu qərara gəliblər ki,növbəti məhkəmə iclasında desinlər ki,Z.Mansurovanı əmək məcəlləsinin 70 maddəsinin “B” bəndinə əsasən işdən azad ediblər.

Biabırçılıqdır,deyilmi?

ADİU-nun “Rus dili” kafedrasının  işdən çıxarılan müəllimi Z.Mansurova Faktinfo.az-a təqdim etdiyi müraciətində  bəzi  KİV nümayəndələrinə,təhsil ekspertlərinə və millət vəkillərinə də üz tutaraq sual edib:”Sizlər davamlı şəkildə “ADİU inkişaf edir,orada islahatlar aparılır” deməklə onlarla müəllimin hüquqlarının pozulmasına rəvac vermiş olmursunuzmu”?!

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər