Ağacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır- Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti nəzərdən keçirilməlidir

Ağacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır- Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti nəzərdən keçirilməlidir 

Xəzər Universitetinin qabağında, Məhsəti küçəsi boyunca, “Zəngi” litseyinə doğru olan yaşıllıq zolağının içində “domik”lər qoyulur.

Bu barədə Faktinfo.az-a verilən məlumatlarda sual xarakterli fikirlər də var. Ağacların arasında tikilən “domik”lərin həqiqətən yaşıllıqların qırılmaması hesabına başa gəlirmi, həmçinin həmin “domik”lərə gələn insanlara göstərilən xidmət ətraf binada yaşayan sakinlərin narazılığına səbəb olmayacaqmı -deyə soruşulur.

Faktinfo.az onu da xatırladır ki, paytaxtın əksər küçə və prospektlərində ,o cümlədən  Nizami rayonu, Q.Qarayev prospektində, eləcə də Xətai rayonu ,Məhəmməd Hadi küçəsi boyunca tikilən “obyekt”lərin sayı “yağışdan sonra çıxan göbələk” kimi çoxalır. Hər iki prospekt boyunca, həmçinin digər prospektlərdə tikilən belə “obyekt”lərin yaşıllıqların qırılmaması hesabına ərsəyə gəlməsi inandırıcı görünmür. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəhbərlik edən vəzifəli şəxslərin prospektlərdə ticarət məqsədi ilə tikilən belə “obyekt”lərdən xəbərsiz olmaları isə ağla- batan deyil.

Son aylarda paytaxtın müxtəlif ərazilərində  yaşıllıqların məhv edilməsi,qiymətli şam,çinar,küknar və s. ağacların qırılması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi rəhbərliyinin səssiz qalması təəccüb doğurur,müəyyən şübhələrə yol açır.Belə çıxır ki,qurumun adı var,özü isə yox.Əgər varsa,niyə bu qurum nəzərə almır ki,bir qiymətli ağacın ərsəyə gəlməsinə,illərlə qorunub saxlanmasına  bəlkə də 30-40 min manat dövlət vəsaiti xərclənir.Bura ağacların əkilməsi,suvarılması,aqrotexniki qulluq göstərilməsi və s. xərclər daxildir.İndi pulu,adamı olan “işbazlar” yerli icra hakimiyyətlərinə “obyekt”tikmək üçün 50-100 min manat verib sərəncam alacaqsa,hər kəsilən ağaca görə 3-5 min rüşvət verəcəksə,onda dövlətin xərclədiyi yüz minlərə,milyonlara görə kim cavab verməlidir? Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi səssiz qalırsa ,bu qurumun saxlanmasına niyə dövlət vəsaiti xərclənməlidir?

Bu yaxınlarda Gəncədə evinin qarşısında iki əncir ağacını kəsdiyinə görə yerli sakin ETSN-nin əməkdaşları tərəfindən 2600 manat cərimə edildi.Halbuki,sözügedən ağaclar şəxsi təsərrüfata aid idi,dövlət tərəfindən də həmin ağaclara vəsait xərclənməmişdi,ekoloji tarazlığın ciddi pozulmasına da səbəb olmamışdı.Amma, Bakıda prospekt və küçələrdə dövlətin  külli miqdarda vəsait xərclədiyi ağacların  qırılmasına göz yumulur, nəticədə də ekoloji tarazlıq kəskin şəkildə pozulur.

Elə bu və ya digər səbəblərdən  Faktinfo.az olaraq  hesab edirik ki, Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməlidir. Çünki, Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin yalnız adı var.Önəmli olan Bakı şəhərində ağacların  qırılmamasına birbaşa  nəzarət etməli olan idarə nə işlə məşğuldur,hiss edən  yoxdur.

Bu, indiki böhran şəraitində idarəetmənin optimallaşdırılması baxımından da önəmlidir. Məsələ burasındadır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi varsa, ağacların mühafizəsinə, ətraf mühitin qorunmasına və yaşıllaşdırılmasına dair bir neçə idarənin mövcudluğu,  idarələrin saxlanılması  vəsait israfçılığıdır.

Subyektiv fikrimizdir, Bakı şəhər Yaşıllaşdırma  Təsərrüfatı Birliyi  ETSN-nə birləşdirilərsə, paytaxtda ağacların qırılmamasına dair məsuliyyət də  yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşər,nazirlik təkcə cərimə yazmaqla işini bitmiş hesab etməz.

  Qiymətli ağacların qırılmasına dair aparılan  mübarizə isə hesab edirik ilk növbədə mühüm olan prospekt və yollardan başlamalıdır. Çünki, bütün ictimai nəqliyyat növlərinə aid avtomobillər dizel yanacağından istifadə etməklə, küçə boyunca hərəkət edir. Bu isə atmosferə insan orqanizmi üçün zərərli olan, havada gec sovrulan – nitrit oksid emissiya buraxılması ilə yekunlaşır.

Xərçəng xəstəliyindən başlamış, onlarla digər xəstəliyə yoluxma təhlükəsini  zərərsizləşdirə bilən isə yol kənarında yaşıllıq zolaqlarıdır.Məhz buna görə də  qiymətli şam və digər ağacların qırılmasına dair ciddi mübarizə  elə prospektlərdən başlamalıdır.

Araşdırmalarımız davam edir.

Faktinfo.az

Ağacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır- Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti nəzərdən keçirilməlidirAğacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır- Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti nəzərdən keçirilməlidirAğacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır- Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti nəzərdən keçirilməlidirAğacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır- Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti nəzərdən keçirilməlidirAğacların qırılmasına qarşı mübarizə prospektlərdən başlamalıdır- Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti nəzərdən keçirilməlidir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi