Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu - FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu - FOTOLAR 

Xəbər verdiyimiz kimi, xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb.

Ancaq bir neçə gün öncə Ağstafa Rayon İcra Hakimiyəti karantin rejiminin pozaraq, rayon ərazisində yeni “İzmir” restoranın açılışını edib.

Faktinfo.az xəbər verir ki,bu barədə Unikal.org məlumat yayıb.Saytın bildirdiyinə görə, dekabrın 15-də Zabit Vəliyev adlı sahibkara məxsus restoranın açılış tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Eləcə də həmin açılışda rayon sakinlərinin və uşaqların iştirak etməsinə səbəb olublar.

Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu - FOTOLARAğstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu - FOTOLARAğstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu - FOTOLARAğstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu - FOTOLAR
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər