Ağstafa rayon rəhbərliyinin ətrafı narazılıq doğurur-

Ağstafa rayon rəhbərliyinin ətrafı narazılıq doğurur- Müavin,şöbə müdirləri...

Yerli icra orqanlarından narazılıq hər ötən gün daha da artır.

Əhalinin və rəhbərlik etdiyi rayonun problemlərindən daha çox şəxsi çıxarlarını düşünən “region padşahları” sözün əsl mənasında narazılıq ocaqları yaradıblar. Bu isə heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə kölgə salmaqla yanaşı, mərkəzi hakimiyyətdən də narazılığı artırır.
Bu gün yuxarıda bəhs etdiyimiz qaydada fəaliyyət göstərən yerli strukturlardan biri də Ağstafa rayon icra hakimiyyətidir. 

Ağstafadan Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, rayonun icra başçısı Məhərrəm Quliyev əslində nələrsə etməyə çalışan rəhbərlərdən hesab olunur. Məlumata görə, fəaliyyəti ciddi narazılıq doğuranlar icra başçısının ətrafıdır:

“Xüsusilə də Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov rayondakı bir çox müəmmalı işləklərin müəlliflərindən hesab olunur. Ramiz Tatarov və rayondakı adamlarının yarıtmaz fəaliyyəti isə sonda icra başçısının ayağına yazıldığından tənqid hədəfi də məhz Məhərrəm Quliyev olur”.

Saytın  məlumatına görə, Ramiz Tatarov idarəçilikdə əsas rol ifaçısı olduğundan onun səriştəsizliyi və işbilməzliyi ümumilikdə mətbuatda rayon rəhbərliyinin tənqid olunmasına səbəb olur. Belə ki, Ağstafa rayonuna ezam olunmuş televiziya kanallarının, qəzetlərin, xəbər portallarının əməkdaşlarının qarşısına çıxaraq rayonda həyata keçirilən tədbirlərlə bağlı məlumat verən məsul şəxs belə tapılmır. 

Əslində bu vəzifələrdə əyləşənlər var, sadəcə olaraq onlara elə gəlir ki, media ilə də məhz icra başçısı Məhərrəm Quliyev məşğul olmalıdır. Ramiz Tatarovun və RİH-dəki Əziz adlı əməkdaşın mətbuatla qeyri professional işləməsi isə Ağstafada həyata keçirilən müsbət işlərin işıqlandırılmaması, əvəzində isə mətbuatda tənqidi materialların artmasına səbəb olur.

Görünür, ya Ramiz tatarov bunu qəsdən edərək icra başçısını nüfuzdan salmağa çalışır, ya da elə bacardığı budur…

Mövzuya qayıdacağıq. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi