AĞSTAFA, QIRAQ KƏSƏMƏN KƏNDİ:

AĞSTAFA, QIRAQ KƏSƏMƏN KƏNDİ: "Yerə döşənən asfalt örtük indidən dalğalanır"- FOTO

Yenə Ağstafa rayonu Qıraq Kəsəmən kəndi... Mövzu da kəndə giriş və kənd daxili yolların yenidən qurulması zamanı yol inşaat işlərinin texniki parametrlər üzrə düzgün aparılmamasıdır.

Sosial şəbəkələrdə, bir sıra saytlarda müzakirə olunan və yazılan bu tema narazılıq doğurub.

   Faktinfo.az saytına yerli informatorun verdiyi məlumata görə, insanların narazılığına səbəb neçə illərdən bəri çəkilişini gözlədikləri və hazırda çəkilməkdə olan kənd daxili yolların inşası zamanı bir sıra qüsurlara yol verilməsidir. Bu nöqsanlar yol inşasında dövlətin ayırdığı vəsaitin səmərəliliyini şübhə altına alır. Yəni, narahatlığın başlıca səbəbi istismara verilə biləcək kənd daxili yolların vaxtından əvvəl sıradan çıxma ehtimalına yaxın olmasıdır.

Faktinfo.az saytı yerli informatorun göndərdiyi şəkillərdən də, kənddəki mütəxəssisin verdiyi məlumatdan da nəticə çıxardır:

1. Yerə döşənən asfalt örtük indidən dalğalanır, deyilirsə:

-Bu yolun yatağının normal çıxarılmaması, yola verilən şeben qatının azlığı və normal "trambovka" edilməməsinə, sahəyə normal but döşənməməsinə dəlalət edir.

 2.Hava çiskinli oldu, asfalt elə bil çatladı, deyilirsə:

        -Ümumiyyətlə, yerə döşənən asfaltın keyfiyyəti, uzunmüddətli istismara davamlı olması, onun tərkibində olan 9 komponentin mövcudluğu ilə götürülür. Təbii, burada asfalt yerə iki mərhələli vurulmazdan əvvəl, yolun yatağında inşaat işlərinin düzgün aparılması da xüsusi önəm kəsb edir. Əgər yerə döşənən asfalt bir müddət sonra dalğalanır, çatlayırsa bu asfaltın tərkibində bitumun istənilən səviyyədə olmamasına dəlalət edir. Eləcə də həddən ziyadə isti və soyuq havalarda yol çatlaya bilir. Yəni asfalt yolun elastikliyi itir, yolda asfaltın yük götürmə qabiliyyəti istənilən səviyyədə olmur.

Qeyd: Görünür, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində aparılan yol inşaat işlərində kimlərsə qazanclı çıxmaq istəyir, yolun enindən, yola döşənən asfaltın qalınlığından yerli kənd insanlarının anlayışsız ola biləcəyini zənn edir, sui istifadələrə yol verir. Hər halda, sözügedən yol tikintisini həyata keçirdən "27 saylı Yol İstismar İdarəsi" MMC-nin direktoru Kərəm Məmmədrzayev fikirimizi anlayışla qarşılayar ki, bir müddət əvvəl Ağstafa-Böyük Kəsik istiqamətində 49 km yolun çəkilişi zamanı nöqsanlar aşkarlanmışdı. Sonradan görülmüş işi təhvil götürən idarə rəisi çıxılmaz vəziyyətdə qaldı. Hətta, Ağstafa-Böyük Kəsik istiqamətində əlaqələndirici avtomobil körpüsünün yenidən inşaa edilməsi zərurəti yarandı.

FAKTİNFO.AZ

AĞSTAFA, QIRAQ KƏSƏMƏN KƏNDİ:AĞSTAFA, QIRAQ KƏSƏMƏN KƏNDİ:AĞSTAFA, QIRAQ KƏSƏMƏN KƏNDİ:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi