Ağstafa rayonunda hepatit virusuna yoluxma artıb

Ağstafa rayonunda hepatit virusuna yoluxma artıb 

Xəstənin məlumatsızlığı və savadsızlığı səbəbindən hepatit virusuna yoluxma çoxalıb.

Bu fikirlər Ağstafa rayonundan Faktinfo.az-ın elektron poçtuna göndərilən məlumatda qeyd olunur.Göndərilən məlumatda o da qeyd edilir ki,hepatit-B və kəskin C-viruslarını ən çox ginekoloq və stomatoloq həkimlər yayır.Məsələn qeyd edilir ki,stomotoloq həkimlərin əksəriyyətinin avtoklav aparatı yoxdu.Bu səbəbdən tibbi alətlər avtoklav vasitəsilə yüksək temperaturda sterilizə olunmur.Virusa yoluxan pasiyentlər isə bir müddətdən sonra ölümlə üz-üzə qalırlar.

Onu da qeyd edək ki,bir müddət əvvəl Səhiyyə Nazirliyinə istinadən hepatit virusundan dünyasını dəyişənlərlə  bağlı məlumat verilmişdi.Nazirliyin  məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə virus hepaptitlərindən ölənlərin sayı 115 nəfər olub. Onların 68 nəfərini kişi, 47 nəfərini qadınlar təşkil edib. Bu səbəbdən ölənlərin sayı digər yaş qruplarına nisbətən 55-59 yaş qruplarında daha çox olub.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər