Ağstafada 2 ildir şəhidin heykəli hazırlanıb, amma… - ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ

Ağstafada 2 ildir şəhidin heykəli hazırlanıb, amma… - ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ 

Faktinfo.az xəbər verir ki,Ağstafa rayonu, Böyük Kəsik kənd sakini, şəhid anası Məmmədova Yeganə Sayad qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 3 ildir oğlunun heykəlini gətirib Ağstafa rayonuna qoymurlar. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Mən, Məmmədova Yeganə Sayad qızı, Ağstafa rayonunun Böyük kəsik kəndində yaşayıram. Oğlum Zəngilan şəhərinə zəfər bayrağını ilk sancan Vətən müharibəsi qəhrəmanı Yusifli Azər Nazim oğlu 21 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Sizin tapşırığınız ilə 83 nəfərə vətən müharibəsi qəhrəmanı adı verilmişdir. Onların 34 nəfəri şəhid olmuşdur. Həmin şəhidlərdən biri də Azər Yusifli olmuşdur.

Oğlum Ağstafa rayonunda yeganə Vətən müharibəsi qəhrəmanıdır. Nazirlər Kabinetinin 2021-ci ilin iyun ayında verdiyi qərara əsasən, oğlumun 2022-ci ilin 8 noyabr tarixində kənddə büstü qoyulmalı idi. Amma şəhidin sabah - 21.10.2023-cü ildə vəfatının 3-cü ili tamam olmasına baxmayaraq, hələ də büstdən xəbər yoxdur. 2021-ci ildən Nazirlər Kabinetinin qərarı sayılmayaraq, büst qoyulmayıb.

Bizdə olan məlumata görə, İcra Hakimiyyəti sifarişi səhv verib, büst yox heykəl hazırlanıb, bu səbəbdən də heykəli qoymağa icazə vermirlər. Bu yenə öz səhvləridir, nə olar ki, elə bu heykəlin şəhərin mərkəzində qoyulmasına icazə verəsiniz.

Cənab Prezident!

Şəhid anası kimi Sizdən xahiş edirəm ki, oğlum Azərin 2022-ci ildə düzəldilmiş heykəlinin Ağstafa şəhərində qoyulmasına icazə verəsiniz. Onu da deyim ki, oğluma bu ad sağ olan vaxtı verilmişdi.

Heykəl 2 ildir hazırdır.

Hörmətli icra başçısından da xahiş edirəm bu heykəlin qoyulması üçün kömək etsin və yaxud da yenidən büst hazırlansın.

Cənab Prezident!

Sizin Füzuli rayonunda etmiş olduğunuz çıxışdan çox təsirləndim və bu səbəbdən də müraciət etmək qərarına gəldim. Şəhid anası, qəhrəman anası kimi, Sizdən xahiş edirəm, bizə kömək edin”.

Məsələ ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Ağstafada 2 ildir şəhidin heykəli hazırlanıb, amma…
Ağstafada 2 ildir şəhidin heykəli hazırlanıb, amma…
Ağstafada 2 ildir şəhidin heykəli hazırlanıb, amma…
Ağstafada 2 ildir şəhidin heykəli hazırlanıb, amma…

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi