Ağstafada elektrik enerjisinin verilməsində fasilələr yaranır

Ağstafada elektrik enerjisinin verilməsində fasilələr yaranır -Səbəb

Ağstafa rayonunun Aşağı Kəsəmən, Zəlimxan, Böyük Poylu və digər kəndlərində elektrik enerjisi təminatında fasilələr yaranır.

 Elə olur ki, gün ərzində bir neçə dəfə işıqlar söndürülür.

Faktinfo.az-a bu barədə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndindən məlumat göndərilib, məsələnin ictimailəşdirilməsi  istənilir.

Vəziyyətlə bağlı sayt əlaqə yaradıb. Verilən məlumata görə, Ağstafa rayonundan başlayaraq  Gürcüstan Respublikası ilə həmsərhəd Böyük Kəsik kəndi istiqamətində müəyyən təmir işləri aparılır. Ağstafa şəhərində 110 kv-luq yarım stansiyası da təmir olunur.Ümumiyyətlə, Ağstafada  bütün kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün işlər aparılır. 

Bu səbəbdən hazırda və qarşıdakı iki ay müddətində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələrin ola biləcəyi istisna olunmur.

Firuddin Oruc

 Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi