Ağstafada mikroavtobusla yük maşını toqquşub, ölən və yaralananlar var

Ağstafada mikroavtobusla yük maşını toqquşub, ölən və yaralananlar var 

Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb.

Faktinfo.az Report.az-ın yerli bürosunun məlumatına istinadla xəbər verir ki, hadisə yerinə Ağstafa rayonundan 2, Qazax rayonundan 1, 113-Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub.

İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi