Ağstafada müharibə veteranının ailəsinə absurd, 475.20 manat məbləğində borc tələbi - Ödəniş etməmisiniz...

Ağstafada müharibə veteranının ailəsinə absurd, 475.20 manat məbləğində borc tələbi - Ödəniş etməmisiniz... 

Ağstafa rayonunda maye qazın verilməsinə dair daha bir şikayət. Borclanan, belə demək mümkünsə kasıb və məzlum bir kənd sakininə qarşı irəli sürülən absurd tələbi oxuduqda belə məlum olur ki,bu rayonda nəğd hesablaşma qaydasında ödənilən,o cümlədən kommersiya strukturlarına satılan maye qazın dəyəri mənimsənilir,sonda da abonentlərin "ayağına" yazılmaqla ört-basdır edilir.

  Azəriqaz  İB-nin   Şəmkir  Regional  Qaz  İstismar  İdarəsinin  Ağstafa  Texniki  Sahəsi   tərəfindən əsassız  475.20 manat  məbləğində yazılan  cəriməni  və  91.21 manat  sayğac  dəyərini  ödəmək  imkanı olmayan müharibə  veteranı, mərhum  Qurbanov  Məcid  Avdıl oğlunun həyat yoldaşının dilindən aidiyyatı orqanlar yaradılan problemi oxusun.  Hazırda məhkəmə predimeti olan bu  haqsız tələbə dair Faktinfo.az-a daxil olan məktubu olduğu kimi dərc edirik:

 

 Xətai   rayon  Məhkəməsinə  iddiaçı Qurbanova Lalə Vəli qızı Ağıstafa rayon Qıraq Kəsəmən kənd  sakini tərəfindən.Tel.050 512 6478(0222268331)                                

 Cavabdeh:ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi.Y.Səfərov küçəsi 35.Xətai  rayonu.AZ 1025 Bakı.Tel 012 5212283                                                                                                                                                                                   İddia ərizəsi

 

                                               ( əsassız  borcun silinməsinə dair )     

 Mən  Qurbanova  Lalə  Vəli qızı  Ağstafa  rayon  Qıraq Kəsəmən kəndində  yaşayıram.Bildirmək  istəyirəm ki,  bir Azərbaycan  vətəndaşı  kimi  məndə evimdə  mavi  yanacaqdan  istifadə  edirəm.İlk  dəfə  bizim evə  qaz  sayğacı  05.08.2010 –cu  ildə  həyat  yoldaşım, müharibə  veteranı, mərhum  Qurbanov  Məcid  Avdıl  oğlu  ilə  Azəriqaz İB-nin  arasinda  bağlanmış  müqavilə  əsasında  qoyulub. 05 may 2014 –cü  ildə  sayğac  Azəriqaz  İB –i tərəfindən  yeni  Elster  tipli  7607849  nömrəli  sayğacla əvəzlənib. Sonradan sayğac  həyət  daxilindən  cıxarılaraq  evdən  kənarda,  hasardan çölə  tərəf,  evə  giriş  qapısından  12-13 metr  aralı,  yer  səthindən  1,40 metr  yüksəklikdə,  azyaşlı  uşaqların  əli   çatacağı, bir  başa  günəş  şüalarının  və  yağış  suyunun  təsirinə  məruz   qalan  bir  yerdə quraşdırılıb.

Onuda qeyd  edim  ki  evimiz  kəndin  mərkəzi  küçəsində yerləşir. Gün  ərzində  bu yoldan  ağır,yüng-ül  avtomobil  və  texnikalar  istifadə  edir. İnsanların  gediş-gəlişi  bu  küçədə  çox  olur. Qaz   sayğacının  heç  bir  qoruyucu  qutusu  yoxdur. Sayğac   quraşdırılan  zaman  belə  hallar  nəzərə  alınmalıdır.Qoruyucu   qutunun  da kim  tərəfindən  alınıb  quraşdırılması  haqqında  məlumatım yoxdur. 05.08.2010 –cu ildən  31 may  2017-ci ilə qədər  bizimlə Azərqaz  İB-yi  arasında  təbii  qazdan  istifadə, istismar  və  ödənişlə  bağlı heç  bir  çətinliyimiz  olmayıb. Nümunəvi  abonentlərdən biri  olmuşuq. 

Hal-hazırda  evdə mən  və  oğlum  yaşayır.Vaxtlı-vaxtında işlətdiyimiz mavi  qazın  dəyərini  ödəyirik.Özümdə ayda  120 Azn  təqaüd  almağıma  baxmayaraq  komunal  ödənişləri  vaxtında ödəyirəm.Vaxtınızı  çox   almaq  istəmirəm. Əsas məsələyə  qayıdıram. 

23.06.2017 –ci il tarixdə  mən  evdə  olmamışam. Azəriqaz İB-nin Agstafa XS-nin işçiləri  gəlib  bizim  evə  qaz  verilişini  dayandırmağa. Əvvəlcə  oğluma deyiblər  ki,  sizin  yanvar  ayından  bəri  qaza  borcunuz  var.Ödəniş  etməmisiniz. Heç  bir  hesabat  aparılmayıb.Ona görədə  qaz  verlişini  dayandırırıq. Oğlum  isə  vaxtlı-vaxtında  qaz  pulunu  ödədiyimizi  və  qəbzlərinin  olduğunu  deyib. Qəbzləri  onlara  təqdim  etmək  üçün  evə  gedib. Qayıtdıqda  artıq  sayğacın  qaynaq  vasitəsilə  xəttdən  ayrıldığını  görüb. Və  səbəb gətiriblər  ki, qaz  saygacı  deşilib  müdaxilə  olunub.Qeyd  etmək  istəyirəm  ki,  hər  ay  Azəriqazın  işçiləri  işlətdiyimiz  mavi  yanacağın  bildirişini   verən  zaman  onlardan  sayğacın  işlək  vəziyyəti  barədə  soruşuruq. 31  may  2017 ci il  tarixə  kimi  saygacda  heç  bir  problem  olmayıb. Sayğaca  qaz  işçilərindən  başqa  heç  kim  bu  qədər yaxın  olmur  gördüyümüz  qədər.Ara-sıra  gəlib  baxırlar. Əgər  bir  nöqsan  olsaydı  məlumat  verərdilər.Mütəxəsis  hər  hansı  nöqsanı  görmürsə  mən  necə  görüm.Mənimdə  sayğacla  bağlı  heç  bir  anlayışım  yoxdur.

Dəfələrlə  Ağstafa  Xidmət  sahəsində  olmuşuq.Sayğaca  zərər  biz  tərəfindən  edilmədiyini  desəkdə  heç bir  faydası  olmayıb.Elə  deyirlər  müdaxilə  var.Sayğac  Dövlət  yoxlamasına  göndəriləcək  və  nəticəsi  barədə  sizə  məlumat  veriləcək. Artıq  4  aya  yaxındır  biz  mavi  yanacaqdan  istifadə  etmirik.  Müvəqqəti   sayğacda  qoyulmayıb. Sayğacın  Dövlət  yoxlamasından  cavabının  gəlməsi  ilə  bağlı  bizə  heç bir  rəsmi məlumat  verilmədiyi   üçün  06.09.2017 tarixində  idarəyə  getdim. Yoxlamanın  cavabının  gəldiyini  və  cərimə  məbləğini  dedilər. 91 Azn  sayğacın  dəyəri  üstəlikdə   475.20  Azn  cərimə  hesablanıb.

Deyirlər  bu  məbləği  ödəyin   ,sonra  biz  qaz  verilişini  bərpa  edəcəyik.Əks  halda mavi  yanacaq  verilməyəcək.  İndi  biz  neynəməliyik. Bizi  birtərəfli  qaydada  heç   bir  sübut  gətirmədən  sayğaca müdaxilə  etməkdə  təqsirli  bilirlər. Sayğaca  hər  hansı  bir  zərər  biz  tərəfindən  olmayıb.Necə  müdaxilə  olunub  onuda  bilmirəm. Bəlkə  kənar  şəxslər  tərəfindən  sayğaca  zərər  verilib  onuda  bilmirəm. Elə  deyirlər  sayğac  deşilib.  Mənim  iştirakım  olmadan  iki  ədəd  akt  tərtib  edilib. Aktın  imza  yerində  isə  imtina etdiyim  bildirilir.  Oğlum  Azərqaz  İB-nin  Ağstafa Texniki Sahəsinin  müdirinin  qəbulunda  olub. Bu  barədə  onunda məlumatı  var.Müdir  bəzi  rəqəmləri  məsələn  2014-2015 illər  ücün  bizim  işlətdiyimiz  qaz  sərfiyyatını  göstərir.

Deyir  qış  aylarına  baxmayaraq  sizin  qaz  sərfiyyatınız  aşağı  rəqəmlər  göstərir.Hansı ki, bu   rəqəmlər  bir   az yüksək olmalıdır.Belə  təxminlər  heç  bir  məntiqə  sığmır. Abonentin   Saldosu  məlumatında   göstərilir  ki  2009 dekabr ayında   ödəniş  rəqəmi   56.99  qəpikdir. Həmişə  ödənişi  tam  şəkildə  ödəmişəm. 99  qəpik bizim üçündə  qaranlıq  qalır.  Mən  Azərbaycan  Dövlətinin  Vətəndaşıyam . Qanunlarına da  hörmət  edirəm.Ailəmin  şərəfini , nüfusunu  yüksəkdə  tutduğum  kimi  dövlətimizin də  şərəf  və  nüfusunu  yüksəkdə  tuturam.Maddi  imkanım  olsa belə  Dövlətin  bizə  verdiyi  mavi   yanacağı  qənaətlə  istifadə  edərəm.Məntiq  hardadır  ki, mənzildən  kənarda  yerləşən  sayğacın  harasınısa  ev   sahibi  qəsdən  zədələsin,sayğac  işləsin  və  özüdə  cərimə  vermək  üçün  bu   əməli  törətsin.Belə  halları  hamıya   şamil  etmək  olmaz.Nə  dərəcədə  əsaslıdır, əsassızdı  bu  cərimə  deyə bilmərəm.

       Azərbaycan  Respublikası  Energetika  Nazirliyi  Dövlət  Qaz  Nəzarəti  idarəsinin,Azad  İstehlakçılar  İctimai  Birliyinin,Gəncə  İnzibati – İqtisadi  Məhkəməsinin , Ağstafa  Rayon  Məhkəməsinin  və Şəmkir rayon  məhkəməsinin  tövsiyəsinə  uyğun  olaraq   Sizə  müraciət etməli   oldum. İnanıram  ki  bizə  bir  köməklik  göstərəcəksiniz.

                                                                 X A H İ Ş     E D İ R Ə M

        Mən  Qurbanova  Lalə  Vəli  qızı  Azəriqaz  İB  Şəmkir  Regional  Qaz  İstismar  İdarəsinin  Ağstafa  Texniki  Sahəsi   tərəfindən  bizə  bildirilən  əsassız   475.20  manat  məbləğində  cəriməni  və  91.21 manat  sayğac  dəyərini  ödəmək  imkanım  yoxdur.Özüm  120  Azn  təqaüd  alıram.

        Yuxarıda  qeyd  etdiklərimidə  nəzərə   alaraq   qanunvericilik  normalarına  istinad  edərək  Azəriqaz   İB –yi   tərəfindən   tərtib  edilmiş  aktların   etibarsız   hesab   edilməsi , Azəriqaz İB-nin  Şəmkir  RQİİ-nin  Ağstafa XS-nin  abonent  bazasındakı   610420000186000  abonent  koduna  hesablanaraq  vurulmuş   475.20 manat məbləğində  dəymiş  ziyanın   və  91.21 manat  məbləğində  qaz  sayğacının  dəyərinin  silinməsinə  dair  ədalətli  qərar  verərək   bizə  köməkdarlıq  edəsiniz. 

Təşəkkür  edirəm.

Mövzunu nəzarətdə saxlayacağıq

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi