
Ağstafada Ümumilli liderin adını daşıyan prospektdə "ekoloji Terror"-Ağacı kəsib, Obyekt tikirlər- VİDEO
Ağstafa rayonunun Heydər Əliyev prospektində daha bir ağac məhv edilib.
Faktinfo.az qeyd edir ki, 32gun.az-ın yaydığı görüntülərdə kökündən çıxarılmış və asfaltın üzərinə aşmış böyük diametrli bir ağac əks olunub.
Hadisənin baş verdiyi ərazidə yeni obyektin tikintisi aparılır.
Ərazidə çəkilmiş son görüntülərdən tikinti üçün hasarlanmış sahə müşahidə olunur.
Sakinlər yaşıllığın bu şəkildə məhv edilməsindən narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, illərlə böyüyən və şəhərə kölgə, oksigen verən ağacların biznes məqsədilə qurban verilməsi qəbuledilməzdir.
Ekoloqlar da hesab edirlər ki, şəhərsalma və tikinti işləri aparılarkən ağacların qorunması prioritet olmalıdır. Əks halda bu cür hallar ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.
Qeyd edək ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.
32gun.az onu da xatırladır ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Ağstafada bu tapşırığın əksinə hərəkət edilir. Çünki Ağstafada "yaşıl terror" ilk dəfə baş vermir.
Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın