Ağstafalı iş adamı təkzib etsə də, oğlunun dövlətə 7 milyon borcu təsdiqləndi

Ağstafalı iş adamı təkzib etsə də, oğlunun dövlətə 7 milyon borcu təsdiqləndi - YENİLƏNİB-FOTOFAKT

Faktinfo.az- xəbər verir ki,Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun biznesinin idarə olunmasında adı çəkilən Rəsul Orucovun dövlətə 7 milyon manatdan çox vergi borcu var.Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri Rəsul Orucov mətbuata açıqlamasında bildirib ki, adının heç bir əsası olmayan məsələlərdə çəkilməsi tamamilə yanlışdır və vergi borcuna görə də həbs olunmayıb.

Amma apardığımız araşdırma zamanı, Rəsul Orucovun oğlu Anar Orucovun adına olan müəssisənin 7 milyon 316 min 128 manat 09 qəpik vergi borcunun olduğu üzə çıxıb.

***

Bu arada  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də  mətbuatda məlumatı yayılıb.

Təsdiqedici məlumatda bildirilir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində “Ağstafa Aqro” MMC-nin təsisçisi olduğu “AK Petroleum İndustrial Company” MMC-nin ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 2021-ci il aprelin 12-də Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

"Həmin müəssisənin fəaliyyətinə faktiki rəhbərlik edən Rəsul Qardaşxan oğlu Orucov istintaqa gəlməkdən boyun qaçırdığından barəsində axtarış elan edilib və bu il fevralın 2-də tutularaq istintaqa təhvil verilib. Rəsul Orucov həmin müəsssisə üzrə ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsindən yayındırılması epizoduna görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan edilib. Yasamal Rayon Məhkəməsinin 3 fevral 2022-ci il tarixli qərarı ilə Rəsul Orucov barəsində həbs qətimkan tədbiri seçilib və müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Hazırda həmin cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Faktinfo.az

Ağstafalı iş adamı təkzib etsə də, oğlunun dövlətə 7 milyon borcu təsdiqləndiAğstafalı iş adamı təkzib etsə də, oğlunun dövlətə 7 milyon borcu təsdiqləndiAğstafalı iş adamı təkzib etsə də, oğlunun dövlətə 7 milyon borcu təsdiqləndi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi