Ağstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilir

Ağstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilir 

Yerlərdə vətəndaş məmnunluğunun artırılması, əhalinin rifah halının yüksəldilməsi məqsədi ilə ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir.

Faktinfo.az xəbər verir ki, qrafikə uyğun olaraq Kolxəlfəli kənd yaşayış məntəqəsində təşkil olunan növbəti səyyar qəbulda Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Kolxəlfəli kənd tam orta məktəb binasında keçirilən səyyar qəbulda vətəndaşların müraciət və təklifləri qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələ ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib. 

Ağstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilirAğstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilirAğstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilirAğstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilirAğstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilirAğstafanın yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları davam etdirilir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi