Akademik hər şeydən danışsa da, atmosferin çirklənməsinə susur –

Akademik hər şeydən danışsa da, atmosferin çirklənməsinə susur – Ekoloji tarazlıq nəyin hesabına pozulur?

Bakı şəhərində ekoloji tarazlıq böyük faizlə pozulub.

Bu birmənalıdır. Şəhər sakinləri günün istənilən vaxtında,xüsusilə isti yay aylarında dərindən nəfəs alıb havanı ciyərlərinə çəkməyə ehtiyat edirlər.Vəziyyət isə sağlamlıq baxımından  fərqlidir, ölkə əhalisinin az qala 50 %-i müxtəlif xəstəliklərdən əziyyət çəkir. 

Faktinfo.az xatırladır ki, təhlükəli xəstəlik olan xərçəngin artım faizi isə ötən illərlə müqayisədə 33 faizə çatıb.Ən azından statistik rəqəmlər belə söyləməyə əsas yaradır Xəstəliklərin sürətlə yayılmasının başlıca səbəbi kimi, təmiz su, qida və zəngin oksigenin olmaması göstərilir.

Artıq havadan neft qoxusu gəlir. Telekanallarda isə çal-çağırdı.Tanınmış ziyalılar,səlahiyyətli şəxslər isə susur. Hamı hər şeydən danışır, amma ölkədə istehsal olunan benzin və dizel yanacağının keyfiyyətindən,atmosferdə nə dərəcədə sorula bilməsindən isə danışan yoxdur.

Qeyd edək ki,respubilkamız alimlərin sayına görə, keçmiş SSRİ məkanında ilk yerlərdən birini tutur.Bu siyahıda kifayət qədər tanınmış alimlər,akademiklər var.Onlardan biri də AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru,akademik,əməkdar elm xadimi və daha onlarla titulun sahibi olan Vaqif Abbasovdur. Vaqif müəllimi tanıyanlar bilir ki, o son illər efirlərdə bütün mövzulardan- elmi kəşflərdən,tarixdən,islam sivilizasiyasından,islamafobiyadan,milli adət-ənənələlərdən,dövlətçiliyə sədaqətdən,millətsevərlikdən danışır,hətta birmənalı qarşılanmamasına baxmayaraq,bədii yaradıcılıqla da məşğul olur.İnkar etmirik, o, tanınmış ziyalıdır, alimdir, intellekti ilə seçilən şəxsdir, fəxrimizdir.

Bütün bunlar öz yerində, amma ilboyu müxtəlif mövzularla bağlı  mətbuata və telekanallara gündəm olan bu şəxs kimyaçı-alim kimi ölkə üçün aktual olan bir məsələdən - benzin və dizel yanacağının yaratdığı fəsadlar barədə bir dəfə də olsa,söz açmır.O, yaxşı olar ki, paytaxtda bir neçə qatdan ibarət qara tüstünün nədən əmələ gəlməsinin səbəblərini də açıqlasın. Axı, Neft-Kimya Prosesləri İnstitutunun araşdırdığı,tədqiq etdiyi əsas işlərdən biri də bu olmalıdır. Bir neçə müavinə, onlarla şöbəyə, laboratoriyaya ,300-dən çox əməkdaşa rəhbərlik edən akademik Vaqif Abbasov bilməmiş deyil ki, Bakı şəhərində hava niyə bu qədər çirkli və yağlıdır, göydən niyə “qurum” tökülür. Və yaxud, ölkənin emal zavodlarında istehsal olunan benzin və dizel yanacağı niyə atmosferdə həddindən ziyadə gec sorulur. Əgər normal sorulursa, niyə havadan benzin qoxusu gəlir? Yaxşı olmazmı ki, Vaqif Abbasov bir dəfə də öz sahəsinə aid məsələlərdən danışsın? Gərək o islam sivilizasiyasından və digər ən müxtəlif mövzulardan danışdığı kimi, benzin və dizel yanacağının tərkibinin bərbad vəziyyətdə olmasının səbəblərini,bunun doğurduğu fəsadları da vurğulasın.

Faktinfo.az onu da xatırladır ki,bu yerdə bir sıra suallar yaranır: AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda 300-dən çox əməkdaşın, onlarla şöbənin,laboratoriyanın,çoxsaylı müavinlərin  saxlanmasına büdcədən ayrılan vəsaitin qarşılığı nədir?  Eləcə də, alternativ mənbələr hesabına il ərzində əldə edilən gəlirlər hara,hansı məqsədlər üçün xərclənir,icmal büdcədə nəzərdə tutulan vəsait təyinatı üzrəmi sərf olunur,institutda kadr siyasəti hansı prinsiplər əsasında həyata keçirilir,layiq olmayanlara elmi dərəcələr verdirərək dövlət büdcəsinə əlavə yük yaratmaqla hara qədər getmək olar?!

Yəqin ki, bütün bu sualların cavabını akademik Vaqif Abbasov hamıdan yaxşı bilir.

Mövzunu diqqətdə saxlayacağıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi