Akademiklər Putinə müraciət etdilər - Müharibənin dayandırılmasını tələb edirlər

Akademiklər Putinə müraciət etdilər - Müharibənin dayandırılmasını tələb edirlər 

“Avropada yeni müharibə ilə bağlı məsuliyyət tamamilə Rusiyanın üzərinə düşür. Bu addım böyük insan itkisinə səbəb olur və beynəlxalq təhlükəsizlik sistemini sarsıdır.

 Bu müharibəyə heç bir məntiqlə haqq qazandırmaq mümkün deyil. Müharibəyə başlamaqla Rusiya özünü beynəlxalq təcridə salır. Bu isə o deməkdir ki, biz alimlər normal şəkildə öz işimizlə məşğul ola bilməyəcəyik. Rusiyanın təcrid olunması onun mədəni və texnoloji deqradasiyası deməkdir”.

AzPolitika.info xəbər verir ki, bunları bir sıra akademiklərin də daxil olduğu 184 rusiyalı elm adamı hakimiyyətə müraciətlərində bildiriblər. Onlar dərhal müharibənin dayandırılmasını tələb ediblər.

Alimlər qeyd edirlər ki, ruslarla ukraynalılar qardaş xalqlardır və onlar öz aralarındakı problemləri sülh yolu ilə həll edə bilərlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər