Akardan F-35 açıqlaması: 2 təyyarə gəlir…

Akardan F-35 açıqlaması: 2 təyyarə gəlir… 

4 təyyarə bizə təhvil verilib, 4 pilotumuz hazırda ABŞ-dadır.

Bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar ABŞ-la F-35 razılaşmasının vəziyyəti ilə bağlı danışarkən deyib.

“47 zabitimiz texniki baxış xidmətlərini həyata keçirir. Noyabr ayında 2 təyyarə gələcək. Bu təyyarələr Malatyadakı bazada yerləşdiriləcək”, - Akar bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin S-400 zenit-raket kompleksinin alışından 2 həftə ərzində imtina etməyəcəyi halda ABŞ-ın Ankaranı F-35 layihəsindən çıxaracağı haqda Amerikanın CNBC kanalı öz mənbələrinə istinadla məlumat yayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi