Aleksey Navalnının zəhərləndiyini təsdiqləndi

Aleksey Navalnının zəhərləndiyini təsdiqləndi 

Berlinin “Charite” klinikası Aleksey Navalnının zəhərləndiyini təsdiqləyib.

“Meduza”nın verdiyi xəbərə görə, klinik araşdırmaların nəticələri Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir.

Klinikadan bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyətinin ağır olsa da həyatı üçün kəskin təhlükə yoxdur.

Həkimlər əlavə ediblər ki, Navalnının xəstəliyinin nəticələri bəlli deyil, belə ki, xəstəliyinin sinir sistemində uzunmüddətli effekti qala bilər.

Qeyd edək ki, rusiyalı müxalifət lideri, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb./apa.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi