Alman müəllim: “Azərbaycanda ən çox cavablandırdığım suallardan biri budur:

Alman müəllim: “Azərbaycanda ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün?”

Qərbi Kaspi Universitetinin müəllimi, alman Maurus Roller artıq bir ilə yaxındır ki, Bakıda yaşayır.

Avropanın çoxumuz üçün cəlbedici göründüyü halda, bu qitənin ən aparıcı ölkəsinin aliminin yaşamaq və işləmək üçün Bakını seçməsi maraqlıdır və özünün dediyi kimi təsadüfi deyil.

Universitetin İngilis dili və Ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Maurus Roller əməkdaşımızla söhbətində bu qərarının səbəbi, burada yaşaması, işlədiyi təhsil müəssisəsi və hədəfləri barədə danışıb:

* Azərbaycanda ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün? Almaniyada həyat yəqin ki, çox gözəldir”. Bəlkə də. Amma mənim Bakıya daimi olaraq köçməyimin səbəbi sadədir: bura köçməmişdən öncə şəhəri bir neçə dəfə ziyarət etmişdim və buradakı mədəniyyəti və həyat tərzini artıq başa düşməyə başlamışam. Bakı yaşamaq üçün gözəl şəhərdir və yəqin ki onun ən çox sevdiyim cəhəti xarici vətəndaşların üzünə açıq olması və qaynar multilinqual və multikultural mühitidir. Bu da mənə imkan verir ki cəmi bir neçə ay keçməsinə baxmayaraq özümü evimdə kimi hiss edim.

Bundan əlavə, Bakı elə bir yerdir ki, mənim burada özümü həm professional, həm də akademik baxımdan inkişaf etdirmək imkanlarım var. Qərbi Kaspi Universiteti Qafqazda ilk özəl universitet olmasına baxmayaraq, hələ də nisbətən cavan təhsil müəssisəsidir və dinamik inkişaf edir və təhsildə qərb metodlarını tətbiq edir. Ən vacibi isə odur ki QKU tam ingilis dilli təhsilə doğru irəliləyir. Bu da həm beynəlxalq müəssisələr ilə əməkdaşlıq imkanları üçün, həm də məzunlarımızın getdikcə qloballaşan və ingilis dilli mühitdə professional karyeralarına başlamaları üçün böyük bir üstünlükdür.

QKU-da İngilis dili və Ədəbiyyatı kafedrasının müdiri vəzifəsini qəbul etməyimə səbəb öz ideyalarımı və 10 ildən çox işlədiyim Manhaym universitetində qazandığım təcrübəni burada tətbiq etmək imkanımın olması idi. Növbəti yaxın illər üçün əsas məqsədim kafedramızda tədrisin keyfiyyətini qoruyub saxlamaq və eyni zamanda Almaniyadakı uğurlu təhsilin bəzi sistemlərini burada da tətbiq etməklə bu keyfiyyəti daha da artırmaqdır. 

Ən vacibi isə odur ki, mənim strategiyam gənc, həvəsli, motivasiyalı və var qüvvələri ilə tədris edən dil və ədəbiyyat müəllimləri üzərində qurulub. Fikrimcə, hər bir təhsil müəssisəinin təməlində yaxşı tədris durur- qalan bütün şeylər buradan qaynaqlanır. Tələbələr hər şeydən öncə gəlir- əgər biz təhsildə müvəffəqiyyət qazansaq, ancaq o zaman işimizi yaxşı görmüş olarıq. Bununla da digər məqsədimizə də çata bilərik. Vaxtilə Tərcümə kafedrasının bir tərkib hisssəsi olan İngilis dili və Ədəbiyyatı kafedrası yenicə bir kafedra olaraq QKU-də təsis olunmuşdur. Lakin bizim məqsədimiz çox aydındır- tezliklə bu sahə üzrə nəinki Azərbaycanda, bütün Qafqazda ən yaxşı kafedra olmaq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi