Almaniya 68 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd edib

Almaniya 68 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd edib 

2022-ci ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları tərəfindən Almaniya miqrasiya orqanlarına 267 sığınacaq ərizəsi daxil olub.

Bu barədə Report.az-ın Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

Məlumatda deyilir ki, sığınacaq müraciətlərindən 185-i ilk dəfə, 82-i isə ikinci və üçüncü dəfə olan müraciətlər olublar.

“Bu ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları ilə bağlı ümumilikdə 213 qərar qəbul edilib. Sığınacaq müraciətlərinin yalnız 12,2 %-nə müsbət cavab verilib. 68 iş üzrə mənfi qərar çıxarılıb, 119 işə digər prosedurlar səbəbindən baxılmayıb”, - deyə, BAMF-dan bildirilib.

Federal idarənin son statistik məlumatına görə, ötən ay federal idarəyə ümumilikdə 51 589 sığınacaq ərizəsi daxil olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər