Almaniya Ukrayna üçün ABŞ-dən silah alacaq - Dettallar məlum oldu

Almaniya Ukrayna üçün ABŞ-dən silah alacaq - Dettallar məlum oldu 

Almaniya hökuməti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərinin çatdırılması üçün ABŞ ilə intensiv danışıqlar aparır.

Bu barədə Almaniya hökumətinin nümayəndəsi Stefan Kornelius bildirib.

Korneliusun sözlərinə görə, Rusiya tərəfindən Ukraynaya qarşı artan raket və PUA hücumları fonunda, Almaniya Kiyevin hava hücumundan müdafiə ehtiyaclarını ödəmək üçün müxtəlif variantları nəzərdən keçirir. O, bu istiqamətdə ABŞ ilə aparılan danışıqları təsdiqləyib.

Kornelius bildirib ki, mövcud seçimlərdən biri ABŞ-dən raketlərin alınaraq Ukraynaya ötürülməsi variantıdır. ABŞ-nin bu həftə Ukraynaya silah tədarükünü dayandırması Almaniya hökumətində narahatlıq yaradıb və bu səbəbdən məsələ üzrə təcili addımlar atılır.

Almaniyanın "Bild" nəşri isə daha öncə Almaniya hökuməti ilə ABŞ Prezidenti Donald Tramp arasında Ukraynaya silah yardımı ilə bağlı ehtimal edilən gizli razılaşmadan bəhs etmişdi. Məlumata görə, Almaniya hökuməti Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri və kifayət qədər raket ötürmək üçün fövqəladə həll üzərində çalışır. Berlində ABŞ müdafiə naziri Pit Heqsetin razılığı ilə iki ədəd “Patriot” sisteminin Almaniya tərəfindən satın alınaraq Ukraynaya verilməsi planlaşdırılır.

Jurnalistlərin əldə etdiyi məlumata əsasən, Almaniyanın bu barədə sorğusu ABŞ Müdafiə Nazirliyinə bir neçə həftə əvvəl göndərilib. Ukrayna daha əvvəl “Patriot” sistemlərini birbaşa ABŞ-dən almağa çalışsa da, bu səylər nəticəsiz qalmış və Kiyev Almaniyadan yardım istəmişdi. Hazırda isə Ağ Evin əvvəlki tədarük qərarlarını dondurması fonunda Berlin ABŞ-nin Almaniya vasitəsilə də bu yardım formasını rədd edə biləcəyindən ehtiyat edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi