AMEA məhkəmə iddiası ilə bağlı məlumat yaydı:

AMEA məhkəmə iddiası ilə bağlı məlumat yaydı: Ramiz Mehdiyev hələ ki,heç bir məhkəməyə müraciət etməyib

AMEA Prezidenti Ramiz Mehdiyevin 15 deputatı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verməsi haqda yayılan məlumatlarla bağlı AMEA rəsmi açıqlama yayıb.

Faktinfo.az xəbər verir ki,AMEA Mətbuat Xidmətinin məlumatında bildirilir ki, bəzi KİV-lərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bir qrup deputatı məhkəməyə verdiyinə dair əsassız məlumatlar yayılıb.

"İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu xəbər həqiqəti qətiyyən əks etdirmir və akademik Ramiz Mehdiyev heç bir millət vəkili ilə bağlı məhkəməyə müraciət etməyib. Bir daha xatırlatmaq istəyirik ki, AMEA prezidenti hər bir Azərbaycan vətəndaşı kimi şərəf və ləyaqətini məhkəmədə qorumaq haqqına sahibdir, lakin bu hüququndan nə zaman istifadə edəcəyi onun öz ixtiyarındadır.

Bir daha ölkə KİV-lərini əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırırıq. KİV redaktorları öz oxucu auditoriyasına hörmətlə yanaşmalı və insanların vaxtını yalan məlumatlarla almamalıdırlar", - deyə qeyd edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi