AMEA-nın elmi-tədqiqat işlərini narkotik istifadəçisi olan residivist görəcək? -

AMEA-nın elmi-tədqiqat işlərini narkotik istifadəçisi olan residivist görəcək? - DƏLİXANADIR, VALLAH...

Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.


Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 39 min 890 manat olan tender müsabiqəsinin qalibi “Best Holding 2023” MMC (VÖEN- 1308163171) olub.
“Best Holding 2023” MMC Əlyazmalar İnstitutuna elmi-tədqiqat xidmətləri göstərəcək. Bu xidmətlər “Molla Nəsrəddin” jurnalının elektron arxivinin yaradılması və bununla bağlı tədqiqat işlərindən ibarətdir.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən bir-neçə şübhəli məqamlar var:
Bunlardan biri odur ki, qalib şirkət yeni yaranıb. “Best Holding 2023” MMC 1 fevral 2023-cü il tarixində cəmi 5 manat nizamnamə kapitalı ilə Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 ünvanında dövlət qeydiyyatına alınıb.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Best Holding 2023” MMC son bir ayda AMEA-nın keçirdiyi 3 tenderin qalibi olmağı bacarıb. Maraqlıdır ki, yeni yaranmasına baxmayaraq qalib olduğu tender müsabiqələrinin hər üçü fərqli istiqamətlər üzrə olub:

AMEA-nın elmi-tədqiqat işlərini narkotik istifadəçisi olan residivist görəcək?

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 7-8 ay əvvəl yaranan şirkətin fərqli istiqamətlərdə yüksək peşakarlıq tələb edən (elmi tədqiqat, kimyəvi reaktivlərin satılması və s.) işləri görə bilməsi üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Tenderdə qalib olan şirkətlə bağlı diqqət çəkən başqa bir məqam odur ki, “Best Holding 2023” MMC-nin qeydiyyatda olduğu ünvanda eyni tarixlərdə, eyni nizamnamə kapitalı ilə eyni şəxsin qanuni təmsilçi olduğu və bənzər adları olan daha 4 şirkət qeydiyyata alınıb:

AMEA-nın elmi-tədqiqat işlərini narkotik istifadəçisi olan residivist görəcək?

Roman Qasımovun rəhbərlik etdiyi bu şirkətlərdən biri – “Savalan 99 Group” MMC də yeni yaranmasına baxmayaraq qısa müddətdə 3 tenderin qalibi olmağı bacarıb.

AMEA-nın elmi-tədqiqat işlərini narkotik istifadəçisi olan residivist görəcək?

Tenderlə bağlı şübhəli məqamlardan biri də, bu MMC-lərin qanuni təmsilçisi olan Qasımov Roman Safəddin oğlu ilə eyni ad, soyad və ata adına malik olan şəxsin daha əvvəl narkotik maddələrdən istifadə və silsilə oğurluq əməllərinə görə dəfələrlə həbs olunmasıdır. Roman Qasımovun həbs olunması ilə bağlı Daxili İşlər Nazirliyin yaydığı videogörüntünü təqdim edirik:



Məlumat üçün onu da bildirək ki, Yeniavaz.com dövlət qurumlarının keçirdiyi tenderlərdə cinayət əməlləri törədən şəxslərin rəhbərlik etdiyi şübhəli şirkətlərin qalib olması ilə bağlı əvvəllər də araşdırmalar aparıb. Lakin, bu barədə rəsmi qurumlar tərəfindən bu günə kimi heç bir açıqlama verilməyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi