AMEA “Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” mövzusunda elmi konfrans keçirəcək

AMEA “Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” mövzusunda elmi konfrans keçirəcək 

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” mövzusunda elmi konfrans keçiriləcək.

Faktinfo.az xəbər verir ki,bu barədə Kult.az-a Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsi barədə razılıq Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun institutun elmi nailiyyətlər sərgisində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşü zamanı əldə olunub.

Ramiz Mehdiyev Tarix İnstitutunun elmi nailiyyətlər sərgisində nəşrlərlə ayrı-ayrılıqda tanış olub. Yaqub Mahmudov institutun fəaliyyəti və nəşrləri barədə ona ətraflı məlumat verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi