Amerikalıların əksəriyyəti Baydeni prezident olaraq görür

Amerikalıların əksəriyyəti Baydeni prezident olaraq görür 

Koronavirusla bağlı vəziyyət ABŞ vətəndaşlarını narahat edir, amerikalılar hazırkı prezident Donald Trampın epidemiyanın öhdəsindən gələ bilmədiyini düşünərək, namizəd Co Baydenə üstünlük verirlər.

Bununla bağlı “Fox News” sorğu keçirib.


Sorğunun nəticələrinə əsasən, D.Tramp (41 faiz) Co Baydendən (49 faiz) səkkiz faiz geri qalıb. Namizədlərdən heç biri 50 faizlik səddi keçə bilməyib. Sorğu iştirakçılarının 10 faizi ya namizədlərdən birini seçməkdə qərarsız qalıb, ya da başqa namizədi dəstəkləyiblər.


Sorğu iştirakçıları olan kişilərdən D.Tramp təxminən beş faiz artıq səs toplayıb. C.Bayden isə qadınlar arasında D.Trampdan 19 faiz çox səs alıb./oxu.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər