Anti-korrupsiya idarəsinə ən çox bu sahələr üzrə müraciətlər olunub - SİYAHI

Anti-korrupsiya idarəsinə ən çox bu sahələr üzrə müraciətlər olunub - SİYAHI 

Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb.

 Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb.

Bildirilib ki, Baş İdarənin "161-Qaynar xətt" alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib.

Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

2021-ci ildə "161-Qaynar xətt" əlaqə mərkəzina daxil olan müraciətlərin sahələr üzrə bölgüsü:

1. Daxili işlər orqanlarının fəaliyyəti - 1131

2. Səhiyyə - 701

3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti - 521

4. Sosial müdafiə - 513

5. Özəl sahə - 237

6. Təhsil - 182

7. Ədliyyə orqanlarının fəaliyyəti - 175

8. "Azərişıq" ASC-nin fəaliyyəti - 96

9. "Azəriqaz" İB-nin fəaliyyəti - 77

10. Meliorasiya və su təsərüffatı - 72

Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər