Aqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdi

Aqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdi 

Fevralın 7-də Oğuzun Xaçmazqışlaq kənd məktəbi müəllimlərinin dəvəti ilə kəndə gələn 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdi.

Namizədin seçki qərargahından Faktinfo.az-a verilən məlumata görə,əvvəlki dövrdə də ona etibar edib dəstəkləyiblər və indiki halda da onun tərəfindədirlər.Bunu yüksək qiymətləndirən  Aqiyə xanım seçicilərinə minnətdarlıq edərək deyib: “Dairəni qarış- qarış gəzmişəm, hər yerdə böyük sevgi və səmimiyyət görmüşəm.” 

O, Yeni Azərbaycan Partiyasının seçkilərdəki platforması haqqında geniş məlumat verərək, dövlət başçısı İlham Əliyevin ölkədə və beynəlxalq aləmdəki nüfuzundan, apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın inkişafından, müxtəlif kateqoriyalardan olan vətəndaşların sosial təminatı üçün qəbul olunan qanunlardan və regionların inkişafı istiqamətində atdığı addımlardan söz acdı. Ölkədə aparılan geniş islahatların tərkib hissəsi olan növbədənkənar parlament seçkilərində YAP tərəfindən onun təkrar namizədliyinin irəli sürüməsindən qürur duyduğunu bildirən Aqiyə Naxçıvanlı seçicilərin bu seçkilərdə layiqli namizədə verəcəyinə inandığından,hər bir səsin əhəmiyyətindən danışdı.

Seçicilər -Əbülfət Əsgərov, Eldar Məmmədov, Aytən Alcanlı, Araz Mustafayev, Mərdan Abdullayev və başqaları çıxış edərək Aqiyə Naxçıvanlının əvvəlki deputatlığı dövründəki fəaliyyətindən razılıq etdilər. Onun kənd sakinlərini dinlədiyinə, kəndin yüksək bal toplayaraq ali məktəblərə qəbul olan gənclərinə qayğı göstərdiyinə və digər məsələlərlə bağlı gördüyü işlərə görə, minnətdarlıq edərək bu seçkilərdə uğur qazanmasını, bundan sonra da onların yanında olmasını dilədilər. 

Xaçmazqışlaq seçiciləri fevralın 9 da keçiriləcək seçkilərdə YAP-ın namizədinə - Aqiyə Naxçıvanlıya səs verəcəklərini bildirdilər.

Onu da qeyd edək ki,çoxsaylı görüşlər keçirən Aqiyə Naxçıvanlının  seçki marafonu dövründə hər hansı xoşagəlməz insident yaşanmayıb.

Faktinfo.az

Aqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdiAqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdiAqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdiAqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdiAqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdiAqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdiAqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi