Aqrar Xidmətlər Agentliyində bir neçə şəxs vəzifəsindən azad edildi

Aqrar Xidmətlər Agentliyində bir neçə şəxs vəzifəsindən azad edildi 

Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində bir neçə şəxs vəzifəsindən azad edilib.

Faktinfo.az  saytına verilən məlumata görə,Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Rəşad Vəhabzadə,birincinin müavini və iki şöbə müdiri tutduğu vəzifədən azad edilib.

Məlumatın doğruluğunu bir daha dəqiqləşdirmək istəsək də,iş saatının sonu olduğundan Aqrar Xidmətlər Agentliyindən zənglərimizə cavab verilmədi.

Qeyd edək ki,Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Tovuz rayonunda fəaliyyət göstərən qurumunda işdən çıxarılmış Tovuz rayonu,Vahidli Kənd sakini,Şəhid və Qarabağ veteranı qardaşı Həsənov Naməddin Tofik oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına,digər dövlət orqanları rəhbərlərinə,media orqanlarına bir müddətdir ki,bu qrumdan şikayət edilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi