Aqrar Xidmətlər Agentliyində onlar vəzifədən azad edildilər

Aqrar Xidmətlər Agentliyində onlar vəzifədən azad edildilər 

Aqrar Xidmətlər Agentliyinə (AXA) Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun əmrinə əsasən, Sərdar Hacıyevin təyin olunması bir sıra yeni qərarların alınmasına səbəb olub.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə, AXA-nın yeni sədri Sərdar Hacıyev Dövlət Fitosanitar, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti və Baş Dövlət Texniki Nəzarət Xidməti rəhbərlərinə illərlə həllini gözləyən məsələlərə təcili diqqət yetirilməsi barədə göstəriş verib. O, həmçinin ötən həftə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşma Mərkəzinin direktoru Rəşad Vəhabzadəni, Göygöl Regional Mərkəzinin direktoru Vəfa Verdiyevanı, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu tutduqları vəzifədən azad edib.


Faktinfo.az saytının əldə etdiyi məlumatda o da vurğulanır ki, AXA-da böyük ölçüdə kadr dəyişikliyi gözlənilir, eləcə də təhlillərə əsaslandıqdan sonra Şabran, Dəvəçi, Zərdab, Tovuz, Ağstafa, Şəmkir və bir sıra rayonlarda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarının vəzifələrində qalıb-qalmayacaqları da gündəlikdə dayanır.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı sahəsinin 70%-ə yaxınına nəzarət edir, bu quruma "PAŞA Holdinq" MMC-yə məxsus "Yalama Aqropark" MMC-nin İdarə Heyətinin sədri olmuş Sərdar Hacıyev təyin edilib. O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib.

Faktinfo.az

       


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər