"Aqroservis" ASC-nin sədri Elmin Rəhimovdan NAZİRƏ ŞİKAYƏT OLUNDU

"Aqroservis" ASC-nin sədri Elmin Rəhimovdan NAZİRƏ ŞİKAYƏT OLUNDU 

"Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsinin əmək müqaviləsinə xitam verilmiş mühəndis-mexaniki İsgəndərov Qədir İsgəndər oğlu, sədr Elmin Rəhimovdan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov cənabına şikayət edib.

Faktinfo.az saytına göndərilən məlumatda deyilir:

Hörmətli cənab nazir!

Sizi Kənd Təsərrüfatı Naziri təyin olunmağınız münasibətilə təbrik edirəm,naliyyətlər arzulayıram.Arzu edirəm şəxsinizə göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışarkən,uğurlar sizinlə olsun!

Hörmətli Məcnun müəllim!

 20.12.2022-ci il səhər saatlarında "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində anbardar vəzifəsində işləyən Əliyev Emin Şahin oğlu işə gecikib.Günorta saatlarında isə Emin Əliyev gözlənilmədən işdən gedib.Emin Əliyevin hər iki hərəkəti nəzərə alınmaqla,Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov tərəfindən akt tərtib olundu,4 nəfər akta qol çəkdi, onlardan biri də mən oldum. 


Onu da bildirim ki, ilin sonu, bayram qabağı olduğundan bölmə müdiri Cavanşir Əmrahovdan xahiş etdim ki, aktı elektron variantda "Aqroservis" ASC-yə göndərməsin. Təkidlərim nəticəsiz qaldı, bölmə müdiri aktı göndərdi. Bundan bir az sonra "Aqroservis" ASC-dən bölmə müdirinə zəng gəldi,ondan haqqımda təqdimat yazılması istənilirdi. Cavanşir Əmrahov "Qədir İsgəndərovdan deyil, bəlkə Emin Əliyevdən təqdimat yazılmasını istəyirsiniz" desə də,bölmə müdirindən mənim təqdimatını tez yazması istənildi. Bir az sonra təkrar bölmə müdirinə zəng edildi. Bu dəfə zəng edən "Aqroservis" ASC-nin kadrlar şöbəsinin  müdiri Elnur müəllim idi. O, telefonda "sədrin göstərişidir" - deyərək, Cavanşir Əmrahovdan tez-tələsik mühəndis-mexanikin təqdimatını yazması tələb edildi.

 

Təqdimat 17:35 yazılıb göndərildi, iş saatının qutarmasına baxmayaraq,"Aqroservis" ASC 18:21 dəqiqədə mənimlə bağlanmış əmək müqaviləsinə xitam verdi. Bir neçə gün sonra iştirakım olmadan Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov və anbardar Emin Əliyev "Aqroservis" ASC-yə çağrıldılar. Tərəflər barışdırıldı.Onu da qeyd edim ki,anbardar Emin Əliyevin atasının  Kənd Təsərrüfatı nazirinin müşaviri ilə yaxın dostluq əlaqələrinin olması fikri var idi. Onun bir müddətdən sonra "Aqroservis" ASC-nin Ağstafa bölməsinin müdiri olmasına dair söhbət də dolaşırdı. Bunu bölmə müdiri Cavanşir Əliyev bilirdi. Buna görə hər iki şəxs uzun müddət idi ki, çəkişirdi. Yaranan narazılıqdan olunan şikayət düzgün araşdırılmadı, idarədə yeganə kənd təsərrüfatı mütəxəssisi olmağım nəzərə alınmadı, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırıldım.Deyilənlər və danışılanlar düz çıxdı, bir müddət əvvəl anbardar Emin Əliyevin "mən istəsəm sizin hamınızı bu idarədən çıxartdıraram" fikri təsdiqləndi. Digər tərəfdən də, adamın Kənd Təsərrüfatı Nazirliyində, "Aqroservis" ASC-də müdafiəçilərinin olduğu bir hadisədə müəyyənləşdi.

 

Şikayətçi əlavə edir:" 4 aya yaxındır  ki,sabiq KTN İnam Kərimov başda olmaqla,digər aidiyyatı şəxslərə teleqramlar vurub,məktub ünvanlamışam,hələ ki heç bir cavab yoxdur.Məcburiyyətdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, daha sonra vitse prezident Mehriban Əliyevaya teleqram göndərməli oldum. 

Hörmətli Məcnun müəllim!

"Aqroservis" ASC-nin sədri Elmin Rəhimov 40 ilin kənd təsərrüfatı mütəxəssisinin təqaüd yaşına 3 il qalmış bağlanmış əmək müqaviləsinə xitam verməklə bir daha subut etdi ki,onları mütəxəssis,işinin bilicisi vəs. müsbət göstəricilər maraqlandırmır.Onu və "Aqroservis" ASC-də hüquqşünas komandasını ölkənin ərzaq təhlükəsizliyi,idxaldan aslılıq kimi meyyarlar ümumiyyətlə maraqlandırmır.O,mütləqi-hakimdi,kimi istəsə işdən çıxardar,kimi istəsə işə götürər.Bunu öz timsalımda gördüm və "Aqroservis" ASC-nin rayon bölmələrindən haqsız işdən çıxardılan şəxslərin timsalında müşahidə etdim.Əminəm siz bu kimi maneə və əngəl yaradan şəxslərlə işləməli olsanız müəyyən kriteriyaları nəzərə almış olacaqsınız.

Cənab nazir!

Onu da qeyd edim ki,2017-ci ilin fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik, həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etmişəm.2021-ci ilin dekabr ayında tutduğum vəzifədən məni azad edib,2022-ci ilin fevral ayında təkrar mühəndis-mexanik vəzifəsinə qaytarıblar.20.12.2022-ci il tarixində mühəndis-mexanik vəzifəsindən də kənarlaşdırdılar.

Hazırda işsizəm, "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik vəzifəsinə də hələ ki, heç kimi təyin etməyiblər.Xahiş edirəm mənim qanunsuz və səbəbsiz yerdən işdən çıxardılmağımın  araşdırılmasına göstəriş verin,işimə bərpa olunmağıma köməklik göstərin.

Diqqətinizə görə təşəkkür edirəm.

Hörmətlə,İsgəndərov Qədir İsgəndər oğlu



"Aqroservis" ASC-nin sədri Elmin Rəhimovdan NAZİRƏ ŞİKAYƏT OLUNDU"Aqroservis" ASC-nin sədri Elmin Rəhimovdan NAZİRƏ ŞİKAYƏT OLUNDU
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi