“Araz” supermarketlər şəbəkəsinə aid mağazalarda fərqli qiymətlər diktə olunur

“Araz” supermarketlər şəbəkəsinə aid mağazalarda fərqli qiymətlər diktə olunur 

“Araz” supermarketlər  şəbəkəsinə aid satış mağazalarında fərqli qiymətlər diktə olunur. Faktinfo.az xəbər verir ki, məsələn, Qara Qarayev metrosunun çıxışında yerləşən “Araz” supermarketdə Türkiyə istehsalı olan 1 litrlik “KIRLANGIÇ” yağı hazırda 6.34 AZN-ə, 500 qramlıq “Ankara” makaronu 0.95 AZN-ə satıldığı halda, Q.Qarayev metrosundan 400 metr aralıda Əliağa Kürçaylı 5b ünvanında yerləşən “Araz” supermarket mağazasında “KIRLANGIÇ” yağı 6.90 AZN-ə, “Ankara” makaronu isə 0.99 AZN-ə satılır.

 Başqa ərzaq məhsullarına, digər mallara aid qiymətlərdə də fərqliliyi müşahidə etmək mümkündür. Mövcud vəziyyət, isə müəyyən hallarda istehlakçılar tərəfindən haqlı narazılığa səbəb olur. Bu isə deməyə əsas verir ki, yaranmış vəziyyət “Araz” supermarketlər şəbəkəsinin rəhbərliyi tərəfindən tənzimlənməlidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi