Argentinanın qələbəsini milyonlar qeyd edir-

Argentinanın qələbəsini milyonlar qeyd edir- Qaliblər helikopterlə şəhərdən çıxarıldı-VİDEO

Argentina hakimiyyəti dünya çempionluğunun qeyd edilməsi mərasimində azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını helikopterlə təxliyə edib.

Faktinfo.az xəbər verir ki, Argentina millisini daşıyan avtobus Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli olub.

Lakin çox sayda insan olduğundan, çox yavaş hərəkət edib. Şəhərə axın edən insan sayı artıq 5 milyona çatıb.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina yığması tarixində 3-cü dəfə kuboku qazanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi