Artıq Ağstafa təhsilinin qürurverici göstəricilərindən danışmaq yersizdi,çünkü...

Artıq Ağstafa təhsilinin qürurverici göstəricilərindən danışmaq yersizdi,çünkü... 

Faktinfo.az xəbər verir ki,Ağstafa təhsilinin yetişdirdiyi şəxslər Azərbaycan Respublikasının neft sənayesindən tutmuş, ölkənin müxtəlif sahələrində çalışmaqla həmişə seçiliblər. Eləcə də, Ağstafadan son 10 ilə qədər ali məktəblərə qəbul olunma faizi digər rayonlarla müqayisədə yüksək olub.


Hazırda belə qürurverici göstəricilərdən danışmaq yersizdi.Çünkü Ağstafa rayonunda azdan-çoxdan təhsil adında nəsə qalmışdısa,onu da Goranboy rayonunun hazırkı icra başçısı Məhərrəm Quliyev məhv etdi.Zamanla onun dövründə qoyulan "ənənə" hazırda pis bir şəkildə təzahür edir.


Son bir neçə ildə isə rayon təhsilinə Mədəd Zeynalov adında birisi rəhbərlik edir.Onun fəaliyyətinə yəqin ki,bir gün bütün mənalarda qiymət veriləcək.Bu zamana bağlı olan məsələdi və inandırıcı da deyil ki,bu rayonda təhsil adına baş vermiş özbaşınalıqları,tərbiyəsizlikləri kimlərsə ört-basdır edə bilə.


Bu günlərdə isə Deryaz.az saytı Ağstafa rayon Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsildən başqa hər şeyin təzahür etdiyini yazılı,həm də iki video ilə ictimaiyyətə təqdim edib.Onu da qeyd edək ki,dəyərləndiriləndə təhsildə baş verənləri Elçin Mustafayev adına Yenigün kənd orta məktəbinin timsalında rayonun bütün məktəblərinə bu və ya digər şəkildə şamil etmək olar. 


Faktinfo.az sözügedən saytın direktor haqqında yazdıqlarını tirajlamır, (https://deryaz.az/?p=11314) Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevin  bu biyabırçılıqlara təpki göstərməsi üçün ondan mədət də ummur, sadəcə məqalədəki hər İKİ VİDEONU təqdim edir.Nəticəni özünüz  çıxardın,bura təhsil ocağıdır,yoxsa məktəb adına Ağstafa təhsilinə rəhbərlik edənlərin dolanışıq yeri?!


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi