
Fazil Mustafa Aqil Abbasın çıxışı və Sahibə Qafarovanın cavabından danışdı: “Nədir bu saxta həmrəylik, təəssübkeşlik…”
Ötən gün bir deputat öz fikirlərini söyləmiş, xanım spiker də səslənən bu fikrin dövlətin gördüyü işlərə kölgə saldığını, belə məsələlərin konkret dövlət qurumları ilə danışaraq həll edilməsinin doğru olacağını söyləmiş. Sərt olmuş, yumşaq olmuş – bu, hər kəsin bir üslub məsələsi. Deputatın öz fikirni söyləmək hüququ, spikerin də ali dövlət vəzifəsini daşıyan səlahiyyətli şəxs kimi dövlət adından bu fiikrə münasibət bildirmək hüququ var.
Əslində bu qədər sadə bir məsələni sosial şəbəkədə mürəkkəbləşdirən kimlərdir? Dərhal müxtəlif motivlərlə bir qrup jurnalist, bloger, yazar yeni mövzu fürsətçiliyini dəyərləndirib Aqil Abbasın müdafiəsinə, digər qisim də əleyhinə rəy bildirməyə başladılar.
Bunu deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, Aqil Abbası müdafiə edənlər də öz bəsit ağılları ilə arqumentləri Milli Məclisin xanım spikeri üzərindən böhtanlara dayanaraq səsləndirməyə başlayıblar: “Biri Primakovla bağlı xəyali tədbirdən, digəri guya Azərbaycanın SSRİ-nin tərkibində olmasını ifadə etdiyindən və s. yazdı. Hər iki arqument də illərdir, tirajlanan böhtanlardır və kimisə olmayan əməldə suçlamaq Azərbaycanda dəbdə olan bir həyasızlıq vərdişidir. İllərdir, bu fikir, düşüncə qatillərinin hədəfində olduğuma görə bu cür tanınmış şəxsləri etibarsızlaşdırma məqsədi ilə yürdülən kompaniyaları sezmək elə də çətin olmur. Yəni hər bir məqamla bağlı təfərrüatına qədər bilgili şəxs kimi əminliklə söyləyirəm ki, yuxarıda qeyd olunanlar məqsədyönlü şəkildə bir ziyalı siyasətçi xanıma qarşı quraşdırılmış böhtandır və hər dəfə bunu televiziya kanallarından cəmiyyətə əxlaq prodüsserliyi edən qadınlarla yanaşı, cahil kütlənin sevimli saqqallı bomjlarının da təkrarlaması həqiqətən utancvericidir. Vallahi, Aqil Abbas illərdir, roman mətni, qəzet məqaləsi yaza bildiyi kimi, öz fikrini daha aydın ifadə etmək üçün sizlərdən də yaxşı çıxış mətni yazar. O halda nədir bu saxta həmrəylik, təəssübkeşlik, yaxud da sadə bir söz polemikasını bu qədər mürəkkəbləşdirmək?”/Pravda.az












Bu xəbər üçün şərh yazın