Artıq əks-hücuma keçmişik, torpaqlar azad edilir

Artıq əks-hücuma keçmişik, torpaqlar azad edilir 

100 günlük müharibə Ukrayna ordusunun dözümlülüyünü və xalqın şücaətini nümayiş etdirdi. Ona görə də Rusiya təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə də taktikasını dəyişdi.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

“2926 günlük müharibədən sonra 100 günlük tammiqyaslı işğal... Hər birini sayırıq. Biz güclüyük və dözəcəyik, buna heç bir şübhə yoxdur. 8 ildir şərqdə müharibə gedir. Bu müddət ərzində Ukrayna müharibə ilə peyvənd olundu, təcrübə qazandı, illüziyalardan qurtuldu və hadisələrin istənilən inkişafına hazırlaşdı. Məhz buna görə də Ukrayna Silahlı Qüvvələri ruslara paytaxtımızı ələ keçirməyə imkan vermədi və indi əks-hücuma keçir, Ukrayna ərazilərini tədricən ruslardan azad edir”, - Yermak deyib.

Yermak qeyd edib ki, Rusiya xalqının sayına görə uzun sürən müharibəyə və qələbəyə ümid edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi