“ASC-nin TORPAQ SAHƏSİNİ SATIB, PULUNU ÖLKƏDƏN ÇIXARMAQ İSTƏYİR”

“ASC-nin TORPAQ SAHƏSİNİ SATIB, PULUNU ÖLKƏDƏN ÇIXARMAQ İSTƏYİR” – Səmdarlar Rza Nuriyevdən şikayətçidir

“Dünən – 24 sentyabr 2019-cu il saat 11.00-da “Transavto EKS” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda qeyri-qanuni olaraq, cəmiyyəti ləğv etməyə cəhd edilib”.

Bu barədə “AzPolitika.info”-ya Səhmdar Cəmiyyətin üzvlərindən biri məlumat verib. Məlumatda bildirilir ki, Səhmdar Cəmiyyətin səhmlərinin 82,5%-i Rza Nuriyev adlı şəxsə məxsusdur. Onun bu qədər səhmə 1998-ci ildə 20-ci hərracda cəmi 350 özəlləşdirmə payı ilə sahib olduğu bildiririlir. Bu da Rza Nuriyevin Əmlak Komitəsinin keşmiş rəhbərliyinə yaxın olması ilə bağlanır.

Məlumatda bildirilir ki, Rza Nuriyev toplantıya qatılmadığından, yığıncağa onun səlahiyyətli nümayəndəsi rəhbərlik edib. O, Rza Nuriyevin cəmiyyəti ləğv etmək istədiyini bildirib: “Yığıncaqda qeyri-qanuni olaraq cəmiyyəti ləğv etməyə cəhd edildi. Rza Nuriyevin Səhmdar Cəmiyyətin 2,55 ha özəlləşmiş torpaq sahəsinin 2,2 milyon manata satışına və cəmiyyətin ləğvinə razılıq verdiyi bəyan edildi. Cəmiyyətin minlərlə kv.metr ərazini əhatə edən binaları və əsas vəsaiti isə cəmi 30 min manat dəyərləndirildi”.

Mənbənin sözlərinə görə, Səhmdar Cəmiyyətin 50-yə qədər səhmdarı ASC-nin ləğv olunmasının əleyhinə çıxıb: “Yalnız Rza Nuriyevin səlahiyyətli nümayəndəsi təkidlə ASC-nin ləğvinin lehinə səs verdi. Deyilənlərə görə Rza Nuriyev və ailəsi keçmişdə müxtəlif vasitələrlə sahib olduğu dövlət əmlaklarını satıb, əldə etdiyi pul vəsaitlərini ölkədən kənara çıxarmaq istəyir. Rza Nuriyevin ailəsinin də Azərbaycandan kənarda yaşadığı bildirilir…”

Bununla bağlı səhmdarlar tərəfindən aidiyyatı qurumlara müvafiq müraciətlər olunub, ASC-nin qeyri-qanuni olaraq ləğv edilməsinin qarşısının alınması xahiş olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi