ASC qərar qəbul etdi: Hər ay YAŞAT” Fonduna vəsait köçürüləcək
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əməkdaşlarının əməkhaqlarından hər ay müəyyən faizinin “YAŞAT” Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.
Bu barədə Faktinfo.az-a Meliorasiya və Su Təsərrüfatı ASC-dən məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.
Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Vətən müharibəsində şəhid olan əsgər və zabitlərin, qazilərin ailələrinə və yaralananlara daim dəstəyini nümayiş etdirir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın