Aslan İsmayılov aksiya keçirənlərin müdafiəsinə qalxdı:

Aslan İsmayılov aksiya keçirənlərin müdafiəsinə qalxdı: "Bu əməli törədənlər ermənidən də betərdirlər"

"Nərimanov rayonunda evləri sökülən iki gəncin etirazına baxdım. İnsan inanmaq istəmir ki, bu, bu gün, müharibədən yeni çıxmış, hələ də müharibə təhlükəsində olan ölkədə baş verir".

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Əlimdə faktlar olmadığına görə adlar çəkmirəm. Ancaq bildiyim odur ki, bu, dövlətə, xalqa düşmənçilikdir. Bu əməli törədənlər ermənidən də betərdir. Məhkəmə qərarları ola ola qanunsuzluğu seyr edən, ölçü götürməyən səlahiyyət sahibləri onlardan da betərdilər. İlahi, insan nə qədər acgöz, harınlamış olar ki, o gəncləri o dərəcəyə çatdırsınlar" - A.İsmayılov qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi