“Atəşkəs Ukraynaya deyil, Rusiyaya lazımdır”

“Atəşkəs Ukraynaya deyil, Rusiyaya lazımdır” 

Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə start verib.

Bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır. ABŞ Ukrayna ordusuna "M2 Bradley", Almaniya "Marder" PDM-ləri, Fransa isə "təkərli tank" adlandırılan "AMX-10 RC" zirehli texnikası verəcək. Britaniya xarici işlər naziri də bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər. Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya "Patriot" raket kompleksi göndərəcək. Bu barədə az öncə prezident Bayden və federal kansler Şolz arasındakı telefon danışığında razılıq əldə olunub. Hazırda Ukrayna komandanlığı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır.

 Pravda.az-ın xəbərinə görə, bunu politoloq Şahin Cəfərli bildirib.

 Ş.Cəfərli qeyd edib ki, müharibənin 2023-cü ildə başa çatıb-çatmayacağı bilinmir: “Amma bu il Krım da daxil olmaqla, işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ehtimalı yüksəkdir. Belə bir məqamda Türkiyə prezidentinin atəşkəs təklifi ilə çıxış etməsi heç yerinə düşmür. Atəşkəs Ukraynaya yox, Rusiyaya lazımdır və onun maraqlarına uyğundur. İstənilən atəşkəs təklifi Putin rejimini xilas etmək cəhdindən başqa bir şey deyil. Ukrayna yalnız Rusiya qoşunlarının bütün ölkə ərazisini tərk etməsi şərti ilə atəşkəsə gedə bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər