ATU-nun Tədris Terapevtik klinikasında daha bir qalmaqal -

ATU-nun Tədris Terapevtik klinikasında daha bir qalmaqal - Son 2 ildə bu tibb müəssisəsində 4 direktor dəyişməsinə baxmayaraq...

Faktinfo.az xəbər verir ki, ATU- nun Tədris Terapevtik klinikası ilə bağlı qalmaqallar və idarəetmədə yaranan problemlər tükənmək bilmir.Belə görünür ki, rektor Gəray Gəraybəyli klinikaya nəzarət edə bilmir və ya kimlərsə onun səmimiyyətindən suii istifadə edir.

Klinikada 250-300 manat maaş alan tibb bacılarının  məvacibindən 50-100 manat kəsilməsinə dair xəbərlərlərdən tutmuş,klinikanın kommunal xidmətləri ödəyə bilməməsi,peşəkar bir qism həkimlərin orada  yola verilməməsi, Klinikaya müraciət edən xəstələrə həkimlərin qəbulu üçün 60-70 AZN ödətdirilməsi, hətta orada bir neçə ay əvvəl stafilokok ştampları mikrobunun yayılmasına dair məlumatların olması və bu virusa qarşı istənilən səviyyədə mübarizənin aparılmaması vs. məsələlər Tədris Terapevtik klinikasının  istənilən səviyyədə idarə olmamasından xəbər verir.Son 2 ildə bu tibb müəssisəsində 4 direktor dəyişməsinə baxmayaraq vəziyyəti tənzimləmək mümkün olmayıb.

Hazırda, ATU- nun Tədris Terapevtik klinikasının Ürək-damar mərkəzinin tibb bacisi Xəlilova Nərgiz, adı çəkilən şöbənin müdri Elnur İmanov barəsində ilginc mlumatlar açıqlayıb.GUNinfo.az şikayətçiyə istinadən bildirir ki, Elnur İmanov şöbədə əməliyyatlar zamanı xoşagəlməz ifadələr işlədərək, tibb bacılarına qarşı qeyri-etik hərəkətlər etməkdən çəkinmir. Bu yerdə şikayətçi olduqca ağır ittihamlar səsləndirib və sayıt etik həddi gözləyərək  həmin ittihamları yaymağı məqbul bilməyib.

Yalnız şikayətçi Nərgiz Xəlilovanın sonda qeyd etdiklərindən bəzi fikirləri diqqətinizə çatdırırıq :

"Şikayətçi yazıb bildirir  ki, Elnur İmanovun Heydər Əliyev Fondunun sığortalı xəstələrindən 2-3 min manat məbləğində pul aldığı və Azərbaycan Dövlətinin qanunlarını heçə sayaraq qeydiyyatsız qəbzlərlə vergidən yayındığı barədə rəsmi qrumlara faktları təqdim edib. Eləcə də həmin klinikanin direktoru Samir Allahverdiyev barəsində - klinikada qeydiyyatsız işçiər işlətdiyi haqqında əsaslı faktlar təqdim etmişəm. Bir daha Cənab Prezidentimizdən, Mehriban xanımdan, Vilayət Eyvazovdan, Zakir Qaralovdan, Əli Nağıyevdən xahiş edirəm ki, Samir Allahverdiyev və Elnur İmanovun qanuna söykənməyən əməlləri və talançılığı ciddi şəkildə nəzəarətə götrülüb hüquqi qiymət verilsin!"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi