Avroittiaq yod həbi ehtiyatı toplayır - Nüvə təhlükəsindən müdafiə üçün

Avroittiaq yod həbi ehtiyatı toplayır - Nüvə təhlükəsindən müdafiə üçün 

Avropa İttifaqı kimyəvi, bakterioloji və nüvə fövqəladə vəziyyəti üçün strateji ehtiyat hazırlayır.

Bu barədə TASS agentliyi Avropa Komissiyasının mətbuat xidmətinə istinadla xəbər verib.

Avropa Komissiyasının (AK) bəyanatında deyilir ki, 540,5 milyon məbləğə malik xilasedici vasitələrin strateji ehtiyatı Avroittifaqın kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsi üçün qaçılmazdır.

AK dəqiqləşdirir ki, ehtiyat vaksin preparatlarından, avadanlıq və digər vasitələrdən ibarətdir - təhlükəli maddələrin təsirindən sonra insanların müalicəsi üçün.

«Təxirəsalınmaz ilk addım» qismində Avroittifaq artıq kalium-yodid həbləri almaq üçün özünün tibbi ehtiyatını səfərbər edib. Demək olar, 3 milyon yod həbi Ukraynaya çatdırılıb - Fransa və İspaniyanın köməyi ilə.

Bundan əvvəl, BMT Baş katibinin müavini, silahsızlaşdırma üzrə yüksək nümayəndə İdzumi Nakamitsu bəyan etmişdi ki, nüvə silahının tətbiqi təhlükəsi “Soyuq müharibə” dövründən bəri hər zaman olduğundan daha yüksəkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi