Avropa Parlamentinin deputatı erməni qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdi

Avropa Parlamentinin deputatı erməni qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdi 

Avropa Parlamentinin Macarıstandan olan deputatı Marton Döndöşi plenar iclasda çıxış edərək, Ermənistanı işğalçı qoşunlarını Azərbaycandan çıxarmağa çağırıb.

Döndöşinin fikrincə, "müharibəni kim başlayıb” sualına cavab tapmaq üçün müasir günlərə yox, 30 il əvvəlki dövrə nəzər salmaq lazımdır.


Deputat xatırladıb ki, Ermənistan o vaxt Azərbaycana qarşı təcavüz törədib, onun ərazilərinin 20 faizini işğal edib və sakinlərini qovub. "Münaqişənin nizamlanması yalnız Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandan tamamilə çıxarılması və ölkənin ərazi bütövlüyünün bərpa edilməsi əsasında mümkündür”, - deyə Döndöşi vurğulayıb./AZƏRTAC

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi