
Axır ki, Eldar Quliyev danışdı: o, hələ axtarır...
Biz 5-10 gündən sonra İmişli rayon Ağsaqqallar Şurasında seçki keçirəcəyik. Vahid Tağıyev müvəqqəti təyin olunub. Biz hətta istəyirik ki, orada şura üzvlərinin tərkibini də dəyişək.
Faktinfo.az xəbər verir ki,bunu Unikal.az-a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat Vahid Tağıyevin də tədbir zamanı sinəsində "Georgi lenti" olmasına belə reaksiya verib:
"Onların hamısında o lent olub. Ağılları ora qədər işləyir. Biz növbəti həftə orada seçki keçirib, onları dəyişəcəyik.
Bizə təsir edən orada SSRİ-nin bayrağı və "Georgi lenti"nin olması oldu. Bununla bağlı kəskin tədbirlər gördük. Mən axtarıram ki, həmin "Georgi lenti"ni bunlara kim verib. Biz fərziyələrlə yaşaya bilmərik. Onlar bu nöqsanı törədiblər. Biz bu günaha görə onları cəzalandırmışıq. Biz Salehi həm sədrlikdən, həm də şuradan çıxarmışıq. Digərləri ilə bağlı da tədbir görəcəyik. O, nə qədər imkanlı olsa da, biz icazə verə bilmərik ki, Azərbaycan bayrağının yanında SSRİ bayrağı olsun".
Bu xəbər üçün şərh yazın