Azərbaycan da dövlət sərhədinin bağlanması müddətini uzadır

Azərbaycan da dövlət sərhədinin bağlanması müddətini uzadır 

Bir çox ölkələrin öz sərhədlərinin müvəqqəti olaraq bağlanması ölkəmizin də müvafiq addım atmasına səbəb olub.Belə ki, Azərbaycan dövlət sərhədinin bağlanması iyunun 15-dək uzadılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.


COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan  ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi