Azərbaycan daha bir FETÖ-çünü Türkiyəyə təhvil verdi- “Zaman” qəzetinin Azərbaycandakı mətbəəsinin sahibi saxlanılıb

Azərbaycan daha bir FETÖ-çünü Türkiyəyə təhvil verdi- “Zaman” qəzetinin Azərbaycandakı mətbəəsinin sahibi saxlanılıb 

FETÖ-nün Azərbaycandakı rəhbərlərindən biri hesab edilən İbrahim E. Türkiyəyə ekstradisiya edilib.

“Eurasia Diary” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Zaman” qəzetinin Azərbaycandakı mətbəəsinin sahibi İbrahim E. MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda Bakıda saxlanılıb və Türkiyəyə təhvil verilib. O, ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılıb.

İbrahim E. barəsində terror təşkilatına üzv olma maddəsi ilə ittiham irəli sürülüb.

 İbrahim E. deyə təqdim olunan şəxs Azərbaycanda uzun zamandan bəri fəaliyyət göstərən İbrahim Ekerdir. “Ufuk” Reklam Agentliyinin direktoru, eyni zamanda “Çağ” və “İstək” liseylərinin idarəçilərindən olan İbrahim Eker hətta hər iki lisey bağlandığı zaman sosial mediada etiraz edənlərdən biri olub. Camaatın uzun illər reklam-mətbəə işlərini də məhz İbrahim Eker görüb.

Azərbaycan daha bir FETÖ-çünü Türkiyəyə təhvil verdi- “Zaman” qəzetinin Azərbaycandakı mətbəəsinin sahibi saxlanılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi